Page 191 - 2-ci cild
P. 191
Eduardo de Filippo

Hə, hə… kartoçkalar… Əgər kartoçkalarla dolanmaq mümkün
deyilsə… (Təzədən özünü itirir, nəsə xatırlamaq istəyir, mızıldanır.)
Yerin-göyün sahibi, mən anladım… Ləyaqətlə yaşamaq üçün nə
lazım olduğunu anladım – bu lənətə gəlmiş qara bazarsız
keçinməklə… (Özünə gəlir.) Aha! Əgər kartoçkayla dolanmaq
mümkün deyilsə, onda gərək qara bazara baş vurasan… Qorxu
içində yaşayasan ki, bəs indi səni tutacaqlar, türməyə basacaqlar…
(Bu qənaətlərin onu hara aparacağını özü də bilmir. Üzüyolalıqla,
yumşaq tərzdə bəyan edir.) Ama, biz gərək ehtiyatlı olaq…
(Getmək üçün qalxır.)

Amaliya. Nə eləyirsən, gedirsən?
Cennaro. Gedim, dalanda bir az çənə döyüm… Bir az hava
alım… Bu gecə sığınacaqda düz iki saat sümükləriməcən don-
muşam…. Özü də ora yaman rütubətliydi… Lazım olsam, çağı-
rarsız…
Erriko (baş verənləri izləyərək Cennaronu qapıda saxlayır).
Yox, dayanın, dünən gecə mən iki sentner qəhvə gətirmişəm…
Cennaro (təşviş içində). İki sentner?
Erriko (dalana boylanaraq). Hə… Donna Amaliya da mənə
kömək eləyib… (Jestlə sanki deyir: onu gizlədin.)
Cennaro (narazı halda). Don Erri, biz batdıq. Siz məni
türməlik edəcəksiz… Axı mən də bir… Siz tək adamsız, mənimsə…
Düzdü, bu zəmanədə biz bir-birimizə kömək etməliyik, yaxşı,
kömək edək… Amma siz hər şeyi bura dartıb gətirirsiz… Bir
gün də gördün… Don Erri, mən qorxuram… Türməyə adam
basmaq onlar üçün heç nədi… Axı onlar kimin oğru, kimin
doğru olduğunu araşdırıb-eləmir… (Hökuməti nəzərdə tutur.
Pauza. Əliylə alnını silib ətrafa baxır və Amaliyaya.) Sən onu
harda gizlətmisən?
Amaliya (heç nə olmamış kimi). Yataqda. Aşağı döşək qəhvəylə
doludu.
Cennaro (çarpayıya yaxınlaşıb döşəyi əlləyir və nida edir).
Madonna özü bizə yar olsun! Çarpayının altındakı nədi… Ağ un,
yağ, pendir… (Qəflətən sanki nəyisə yadına salaraq Errikoya.)

191
   186   187   188   189   190   191   192   193   194   195   196