Page 195 - 2-ci cild
P. 195
Eduardo de Filippo

Amaliya. Amedeo, nə baş verib? Niyə sən günün bu vaxtı
buradasan?

Amedeo. Pallyuçellanın qohumu var ha… Həmin o pinəçi
Ecidionun qızını qaçıranı deyirəm… Biz onunla dostuq. O gəlib
mənə dedi ki, bir saat əvvəl donna Vinçençanın yanında bir fin-
can qəhvə içməyə gedibmiş… Vinçença ilə arasında olan müba-
hisədən azca sonra… Donna Adelaida da orada imiş… Donna
Adelaida, danışın…

Adelaida (vəziyyəti daha da gərginləşdirməmək üçün bir
qədər qılıqlı şəkildə yaxına gəlir). Donna Vinçença dedi ki…
(Baş verənləri daha aydın təsvir etmək üçün səhnənin ortasında
dayanıb Vinçençanın səsini və hərəkətlərini təqlid edir.) “Buna
bir bax! Nədi, məgər o, bu işi şəxsi inhisara alıb? Yalnız o, qəhvə
sata bilər? Ay o, elədi, ay o, belədi… İşdi, əgər mən qəhvə sata
bilməsəm, o da çox şeylərdən məhrum olacaq… Onda olan tanış-
lardan məndə də var… Əgər elə günü bu gün ona badalaq vur-
masam, qoy Vinçença Kanere adı mənə haram olsun!” Şalını alıb
evinin qapısını bağlayaraq çıxdı.

Amedeo. Yəqin, karabinyerlərin böyüyünə xəbər eləməyə
qaçdı.

Amaliya (zahiri təmkinlə). Yaxşı, sən indi belə elə… Axtarış
üçün gələndə onlar görəcəklər ki, burada…

Amedeo. Mən bilirdim… Sizi axı xəbərdar etmişdim?
Amaliya. Yaxşı da etmisiz. Get atanı çağır. O, hardasa künc-
bucaqlardan birindədi. Lazım olanda onu tapmaq müşkülə dönür.
Amedeo (dalana qaçıb qışqırır). Ata! (Onu görüb sözlərini
jestlə müşayiət edir.) Bura gəlin! (Amaliyaya.) Siçan Quyruğu
donna Fortunatanın evinin yanında dayanıb… O, qəlyanını
alışdıranda bu, o demək olacaq ki, karabinyerlər artıq dalandadı…
Amaliya. Sən evdən çölə çıxma.
Mariya Rozariya (qapıdan). Bu da iki lirəyə sarımsaq…
(Göstərir.)
Amaliya. Oldu. İndi isə saçlarını aç, çiyinlərini də şərfinlə
ört… (Yeşiyi çəkib oradan qara şalı alır və öz çiyni üstə atır.)

195
   190   191   192   193   194   195   196   197   198   199   200