Page 193 - 2-ci cild
P. 193
Eduardo de Filippo

(Xırda bağlamadakı brilyantı çıxarıb göstərir.) Bir bu sırğaya
baxın.

Erriko peşəkar nəzərlərlə daşı işığa tutub baxır.

Erriko. Pis deyil.
Amaliya. Neçəyə olar?
Erriko. Mənə o birini də göstərin.
Amaliya. O biri yoxdu… lombarddadı…
Erriko. Gərək alıb baxaq, görək daşlar eynidimi. Girov
qəbzini alıb mənə göstərə bilərsizmi?
Amaliya. Heyif ki, yox!.. Xeyr, xeyr… Dayanın, bu gün
həftənin hansı günüdü?
Erriko. Bazar ertəsi.
Amaliya (əminliklə). Cümə axşamı mən onu sizə gətirərəm.
Erriko. Lap yaxşı. Əvvəl o sırğanı alaq, sonra qiyməti müəy-
yənləşdimək də çətin olmaz… (Sırğanı Amaliyaya qaytarır.)
Amaliya. Amma dörd-beş min lirdən ucuz olmaz.
Erriko. Yəqin. (Qəhvəni nəzərdə tutaraq.) Siz onu aşağı
döşəkdə gizlətmisiz?
Amaliya (çarpayıya tərəf gəlib adyalın küncünü qaldıraraq).
Gördüz? Heç nə hiss olunmur… Çox əziyyət çəkməli oldum…
Bax bu küncü (göstərir) mən xətləmişəm, nə vaxt lazım olursa,
oradan bir-iki kilo alıram… Əlini salırsan…

Bu zaman Erriko arxadan yaxınlaşıb Amaliyanın əlinə toxu-
nur, əlini sıxır. Amaliya abır-həya gözləyərək müdafiə olunur,

amma etiraz etmir.

…alırsan. (Nəzakətli tərzdə onun əlindən azad olub Errikonun
əlini tərk-silah edir.)

Erriko (qətiyyətlə). Sonra yenə salırsan! (Qadını qucaqlayıb
öpmək istəyir.)

Amaliya (kişinin ehtirasını hiss edərək təəssüf hissiylə əlindən
çıxıb). Yaxşı, yaxşı, don Erri… lazım deyil… Siz axı əvvəllər
heç vaxt belə eləməzdiz….

193
   188   189   190   191   192   193   194   195   196   197   198