Page 189 - 2-ci cild
P. 189
Eduardo de Filippo

düzək əşyalarını ora-bura eləyir, açıq kağızı alıb özünü elə
göstərir ki, guya oxuyur.) İki kilo qənd… Bir kilo kakao… On
qutu vermişel. Sonra keçən həftədən qalmış… (Təmkinlə.)
Beləliklə, cəmi… orta hesabla üç min beş yüz lir!

Rikkardo (məbləği eşidib ağarır, bir saniyə çaşqın vəziyyətdə
qalır, sonra toxtayıb ölgün səslə dillənir). Bilirsizmi, donna
Ama… (O, özünün bu imkansızlığından pərt olaraq sifətində
xeyirxah təbəssüm yaratmağa cəhd edir.) Bu dəqiqə məndə nağd
pul yoxdu. Arvadım xəstələnmişdi… Göydəki şahiddi ki, bu,
mənə neçəyə başa gəldi… Üç uşaqla… (Qüssələnir.) Ayın axırı
gələndə havalanıram… Maaşım da elə həmin həmindi… Dar
gün üçün yığdıqlarım da bu bahalıqda əriyib getdi… Siz məni
başa düşərsiz…

Amaliya (incimədən Rikkardonun əlindən bağlamaları alaraq).
Amma sizin daşınmaz əmlakınız var…

Rikkardo. Hə, içində yaşadığım evim var. Mən onu möhlətlə
almışam, neçə illər işləməli olmuşam, bir qarnı ac, bir qarnı tox
yaşamışam. Manyokavalloda da iki mənzilim var. (İstehza ilə.)
Mənim daşınmaz əmlakım var! Bilirsizmi, mən onları neçəyə
kirayə verirəm? Birini ayda iki yüz, o birini üç yüz lirə. Onları
satım? Mən balalarımı bu bir tikə çörəkdən necə məhrum edə
bilərəm? (Əliylə alnını silib sanki dəhşətli bir hərəkətə özünü
hazırlayır. Cibindən papiros kağızından olan, lentlə bağlanmış
xırda bir bağlama çıxarır. Onu məhrəm baxışlarla açıb içindəkini
Amaliyaya göstərir.) Mən arvadımın sırğasını gətirmişəm. Ona
beş min lir qiymət qoyublar…

Amaliya (öz laqeydliyini büruzə vermək üçün saçlarını
düzəldir). İkisinə?

Rikkardo (həyəcanla). Yox, yalnız birinə. O birini mən girov
qoymuşam. (Utanaraq başını aşağı salır.)

Amaliya. Neynək… Qoyun məndə qalsın… Onu həmin
“adama” göstərərəm. Bəlkə, kifayət elədi.

Rikkardo. Mən üç min beş yüz verməliyəm… Min beş yüz
qalır. Siz onu bir yerdə gizləyərsiz…

Amaliya. Əgər qalsa… (Bağlamanı alıb yaxasında gizləyir.)

189
   184   185   186   187   188   189   190   191   192   193   194