Page 197 - 2-ci cild
P. 197
Eduardo de Filippo

Hamı həyəcan içində nəsə bir əlahiddə hadisəyə hazırlaşır.

Amaliya (həyət tərəfə hiddətlə). Mari, lobyanı qoy bir yana,
tez bura qaç!

Mariya Rozariya daxil olur və bu hazırlığa qoşulur.

Cennaro, tələs!
Cennaro (hücrəsindən çıxır və elə bil bu tələskənlikdə nəyinsə

öhdəsindən gələ bilmədiyinə görə çaş-baş qalır). E… E… Hay-
küy qaldırmaq lazım deyil! Malakeş Paskualinonu çağırın!

Amedeo. Gəlir! Keşiş də gəlir!

İki qapalı şəxs daxil olur. Bir kəlmə də dinib-danışmadan
çarpayının sol yanında, üzü tamaşaçılar tərəfə özlərinə yer
eləyirlər. Oturmazdan əvvəl hər ikisi yaxalarına iri, ağ üzlük
taxıb, başlarına özləriylə gətirdikləri və buradaca açdıqları
rahib kapyuşonunu keçirirlər. Onların sifətləri görünmür. Bu
arada Amaliya Mariya Rozariya, Amedeo, Adelaida və Erriko-
nun köməkliyi ilə çarpayının ətrafına yanar şamla dörd qəndil

düzür.

Amaliya (yenidən ərini tələsdirərək). Cennaro, sənə nə oldu,
tez elə!

Adelaida. Don Cenni, tələsin!
Cennaro (ağır-ağır gəlib çıxır. Əynində uzun, ağ gecə köynəyi
var: bir neçə dəfə düyün vurulmuş ağ, iri dəsmal buxağından
sallanır. O, əlinə ağ əlcəklər taxıb çarpayıya yaxınlaşır). Görürsüz
də, acından ölməmək üçün nələrdən keçmək lazımdı. (Ümidsiz
halda Amaliyaya, o cümlədən də jestlərlə onu tələsdirənlərin
hamısına.) Amma sizin bütün bu inadkarlığınız… Bu inadkar-
lığınız…
Adelaida. Tez elə, don Cenna, indi vaxtı deyil…
Amaliya. Tez elə, tez elə uzan!

197
   192   193   194   195   196   197   198   199   200   201   202