Page 199 - 2-ci cild
P. 199
Eduardo de Filippo

Adelaida (gözləntinin uzandığını görüb, danışmağa başlayır).
Donna Ama… bayaq dedim axı…

Qəflətən giriş qapısı zərblə döyülür. Hamı həyəcanlanıb.

Amedeo (güclə eşidiləcək səslə). Onlardı!
Cennaro (son dərəcə təşviş içində Amaliyaya). Ay səni,
lənətə gəlmiş, satqın arvad!
Amaliya. Uzan!

Cennaro örtüyün altında ayaqlarını meyit kimi uzadır. Ade-
laida gözlərini göyə dikib dua oxumağa başlayır. Malakeş
Paskualino və keşiş ölü duası anlamı verən dualar oxuyur. O
birilər astadan ağlayırlar. Çöldən gələn zərbə səsləri getdikcə
şiddətlənir. Erriko qapını açır. Briqadir Çappa, onun ardınca

mülki geyimdə olan iki casus peyda olur.

çappa (küçədə qalan digər casuslara müraciətlə). Siz
küçədə gözləyin.

Çappa əlli yaşlarında bir kişidir: saçına dən düşüb, yerişi
ağır, baxışları itidir. İşini bilən adamdı, həyatı və fəaliyyəti onu

möhkəm adam eləyib. Əla başa düşür ki, müəyyən hallarda,
ələlxüsus da Neapolda bəzi məsələlərdə “gərək özünü

görməzliyə vurasan”. O, daxil olub ora-buranı nəzərdən
keçirir, furajkasını çıxarmadan, azca təbəssümlə hardasa elə

bil öz-özüylə danışır.

Bu nədir, hə? (Bığlarını tumarlayır, yan-yörəyə baxaraq istehza
ilə.) Bu ki lap epidemiyadı! Dünən Materdeidə üç, Furçellidə
iki ölü. Bu gün isə təkcə Pocorealedə beşi… (Sanki bu mərasimə
son vermələri təklifiylə hamıya.) Mən Pocorealenin qəbiristanlığını
yox… türməsini nəzərdə tuturam. (Rəsmi tonla.) Di yaxşı,
uşaqlar, yetər, mən heç kimə pislik istəmirəm. (Var gücüylə əlini
stola çırpır.) Ay lənətə gəlmişlər, istəmirəm ki, məni axmaq
yerinə qoysunlar. (Sonra “mərhuma”.) Ey, Lazar, diril, yoxsa
əllərini qandallayaram!

199
   194   195   196   197   198   199   200   201   202   203   204