Page 203 - 2-ci cild
P. 203
Eduardo de Filippo
“Rahibələr” qalxıb qadın səsiylə xudahafizləşirlər.

Keşiş. Biz gedirik!
Paskualino. Biz getdik!

Arxadan şalvarlarının görünməsinə əhəmiyyət vermədən
qaçıb gedirlər.

çappa (bunu görüb istehzayla oyuna davam edir). Amma
rahibələr nəsə şalvarlıdı!

Zenit artilleriyasının ilk atəşi eşidilir.

çappa (Cennaroya). Ay mərhum, mənə qulaq as, qalx ki,
sığınacağa bir yerdə gedək.

Birinci casus (həyəcana dözməyərək). Briqadir, gəl risk
etməyək.

çappa (birbaşa). Əgər qorxursansa, sən get!

Hərdən-hərdən uzaqdan şəhərə düşən mərmilərin səsi
eşidilir. Amaliya həyəcan içində hardasa uşaqlarını qorumaq
məqsədilə onları qucaqlayaraq sol divara söykənib. Erriko və

Adelaida da sol divara söykənib.

Birinci casus (güclü partlayışdan sonra). Briqadir… (Qəti
şəkildə.) Mən gedirəm! (Qaçır, ardınca da ikinci casus qaçır.)

çappa (partlayış səsləri yaxınlaşdıqca, Cennaroya zahiri
təmkinlə müraciət edir). Bu mərmi, deyəsən, lap yaxında partladı…
Artıq təyyarə səsləri də eşidilir… Bu da pulemyot səsləri…

Növbəti partlayış – daha güclü, daha yaxın.

Aha! Aha! Əgər mərmi bura düşsə, kitabımız bağlandı. Bu ki ev
deyil, oyuncaq kimi bir şeydi.

203
   198   199   200   201   202   203   204   205   206   207   208