Page 207 - 2-ci cild
P. 207
Eduardo de Filippo

saxlayır. Onun iyirmi dörd yaşı var. Səmimi, ünsiyyətcil, bir
qədər dalğın, fikirlidi! Özü və başqaları haqqında nə bilirsə,
hamısını kimə gəldi danışır. Bu da, təbii ki, çox vaxt münaqişələrə,
xoşagəlməz hallara səbəb olur. Bu zaman, Assunta vəziyyətdən
çıxmaq üçün səfeh-səfeh gülümsəyib, ortada kəsdiyi söhbəti belə
yekunlaşdırır: “hm… ax… hə…” – sonra isə ondan bir dəli gül-
üş qopur. İndi Assunta Amaliyanı görüb dayanır və yarıyacan
açıq bağlamanı ona göstərir.

Assunta. Donna Ama, bir bu ətə baxın, nə yaxşı tikələrdi.
Sabah ondan şorba bişirərik.

Amaliya (laqeydcəsinə). Hə, doğrudan da, yaxşıdı.
Assunta (yaltaq-yaltaq). İstəyirsiz, sizə qalsın? Mən gedib
özümüz üçün başqasını alaram. Beş yüz lirə.
Amaliya. Yo-ox… Bizim şam yeməyimiz artıq hazırdı.
Assunta (bunu özü də bilərək). Mən bilirəm… Gözəl oğlan
bizi də dəvət edib – mənimlə xalamı. Ona görə biz də şorbanı
sabah bişirəcəyik.
Amaliya (lovğa-lovğa). Hə, o, çox adam dəvət edib…
Assunta. Rittuçanın halı necədi?
Amaliya. Nəsə Rittuça yaxşı deyil.
Assunta. Xalam yanındadı?
Amaliya. Hə, xahiş elədim, bir az onunla olsun. Donna
Adelaida yanında olanda qızcığaz rahat olur.
Assunta. Xalam uşaqların dilini yaxşı bilir… Əti aparım…
İcazənizlə... (Gedir.)

Tereza, ardınca Marqarita daxil olur. Bu iki sadə qız
üzlərinə çox yaxıblar və par-par yanan libasdadılar. Tuflilərinin

dabanı həddən artıq hündür, yubkaları həddən artıq qısadı.

tereza. Günaydın, donna Ama!
Amaliya. Günaydın.
Marqarita. Mariya Rozariya hazırdı?

207
   202   203   204   205   206   207   208   209   210   211   212