Page 209 - 2-ci cild
P. 209
Eduardo de Filippo

Marqarita (mızıldana-mızıldana). Mən öz dostumu bəyənmi-
rəm. Onun boyu balacadı.

Amaliya. Mısmırığını niyə sallayırsan? Ona belə də denən.
Denən ki, “mənə bax, mənə balacasını sırıma, başqasını, özündən
də irisini gətir”.

Sol tərəfdən daxil olan Mariya Rozariya başıaçıqdı, əynində
əlvan rəngli yaz donu, ayağında yüngül tufli var.

Sən saat neçədə evə gələcəksən?
Mariya Rozariya (özünü sərbəst aparır). Bilmirəm. Vaxtım

bitəndə qayıdıb gələcəm.
Amaliya. Bacın xəstədi. (Sola gedir.)
tereza (Mariya Rozariyaya). Getdik!
Mariya Rozariya. Orada mənlik nə var ki? Bir həftədi

gəlirəm, amma o, gözə görünmür.
tereza. Bəlkə, bu gün gəldi.
Mariya Rozariya. Mənim üçün isti-soyuğu yoxdu. Terezina,

sənə and içirəm ki, mənim üçün daha heç bir isti-soyuğu yoxdu.
Günah özümdə oldu, özüm də gərək altını çəkəm. Amma istəyirəm,
onu görüb sözümü deyəm. Deyəm: “Üstümə dostlarını göndərin-
cə, yaxşı olar sözünü özün üzümə deyəsən”.

tereza. Amma dünən axşam mənimki dedi ki, bu gün onu
gətirəcək.

Mariya Rozariya. O gedib, inan mənə, çıxıb gedib. Bugün-
sabah sizinkilər də gedəcək.

tereza. Getsinlər də, gözümüz aydın.
Mariya Rozariya (baş verənlərə işarəylə bir xeyli onun
gözlərinin içinə baxır). Gözümüz aydın?
tereza (onun da eyni vəziyyətdə olduğunu yadına salıb
karıxmış halda). Hə…

Hər iki qız bir müddət susur, onlar bir-birlərini yaxşı başa
düşürlər.

209
   204   205   206   207   208   209   210   211   212   213   214