Page 211 - 2-ci cild
P. 211
Eduardo de Filippo

dəftər-vərəqi çıxarır.) sizə göndərib. (Vərəqi verib siqaret
bağlamasını komodun rəfinə qoymaq üçün gedir.)

Amaliya (vərəqi əlində fırladır. Aydın məsələdir ki, oxuya
bilmir. Amma hər şeyi qaranlıqla izah edir). Mən yaxşı görmürəm…
Donna Adela, baxın görün, burda nə yazıb…

Adelaida (vərəqi Amaliyanın əlindən alır). Bura verin. (Oxu-
maq istəyir, amma alınmır.)

Keşiş. Donna Ama, sizin oğlunuz şam yeməyi üçün iki çəpiş
təşkil edib, lap kralların süfrəsinə layiq çəpiş… Mən keçmiş
kralları nəzərdə tuturam, indikiləri yox… Mən artıq o çəpişləri
qızartmağa vermişəm, bu axşam səkkizin yarısı gedib götürəcəm,
içi şirin bibərlə dolu tavayla, bir də pendirlə bura gətirəcəm.

Amaliya (Adelaidanın oxuya bilmədiyini görüb). Donna
Adela, əgər oxuya bilmirsizsə, boş yerə vaxtımızı itirməyək.

Adelaida. Yox, bilirsiz nə məsələdi? Mənim bax bu gözüm
(sağ gözünü göstərir) yaxşı görmür. Üstəlik də, sadə qələmlə
yazılıb…

Keşiş. Di mən gedim, onlara şərab süzməyə kömək edim.
(Sağ qapıya tərəf gedir.)

Adelaida (nəhayət, mətni anlayıb hərfləyə-hərfləyə oxuyur).
“Əzizim, donna Amaliya, qəbul edin…” (Şübhə içində dayanır.
Sonra davam edir.) Aha… qəbul edin, yəni o deməkdi ki, alın…
ki, ingilis serjantın gətirdiyi siqaretləri qəbul edin. Amma ingilis
serjant hər qutu üçün on lir əlavə pul istəyib. Mən ona dedim:
“Bu olmadı ki, sən axı ingilissən…” O da mənə belə cavab verdi:
“Nə olsun ingilisəm, əgər istəyirsənsə, qiymət səni qane edirsə,
lap yaxşı, əgər qane etmirsə, onda mən başqa italyan alverçiylə
sövdələşəcəm…”

Amaliya. Onlar da öyrəndilər.
Adelaida (oxumağa davam edir). “Gərək götürməzdim? Siz
də mənim kimi edin ki, bir-birimizi ziyana salmayaq. Qoy camaat
üç gün siqaretsiz qalsın. Cümə axşamı Tanrının köməkliyi ilə
satışı yüz altmış lir bahasına bərpa edərik. Sağ ol. Hə, bir də

211
   206   207   208   209   210   211   212   213   214   215   216