Page 215 - 2-ci cild
P. 215
Eduardo de Filippo

Erriko. Bu da mən. (Assuntanı görüb narazı qalır.) Donna
Amaliya, nökəriniz qarşınızdadı.

Amaliya (heyran qalıb gözləriylə onu yeyir). Sizi təbrik
edirəm və sizə cansağlığı arzulayıram.

Erriko. Təşəkkürlər. Bəli, otuz altı oldu. Qocalırıq.
Assunta. Otuz altı yaş. Siz yaşınızın ən çiçəklənən…
Amaliya (yüngül iradla). Açığını desəm, mən sizi daha
ertədən gözləyirdim.
Erriko. Bəli, mənim borcum idi ki, bir qədər ertədən gəlib
sizi salamlayım və bu səhər evimə göndərdiyiniz gözəl qızılgül
buketinə görə sizə təşəkkür edim, həm də mənim ad günümü bu
gün öz evinizdə qeyd etdiyinizdən, çəkdiyiniz əziyyətə görə
sizdən üzr istəyim.
Amaliya. Yaxşı, yaxşı, siz nə danışırsız… Siz tək yaşayırsız,
burada isə özünüzü ailəli kimi, öz evinizdəki kimi hiss edəcəksiz…
Erriko. Bir daha təşəkkürlər. (Alicənablıqla.) Amma siz
özünüz gərək bir çöpə də əl vurmayasız. Biz Amedeo ilə hər şeyi
həll etmişik. (Stolun sağ tərəfində əyləşir). Demək belə… Mən
tez də gələ bilərdim, amma işlər çıxdı. Kalabriyə iki yük maşını
göndərməli oldum. Əgər yükləmədə özüm olmasaydım, mal
oğurlana bilərdi. Özüm təhvil verdim, qəbzlərimi alıb qayıtdım.
Sonra günümün yarısı, nə bilim AÇÇ-di, Bi-Bi-Si-di, bay-bay-
baydı, kim bilir nədi, orda keçdi… Onlardan icazə almaq üçün
gərək sənə dayılığı göydəki özü eləyə. Sonra yarımsaatlığa
zərgərə dəydim… Hə, bu barədə mən artıq sizə demişəm…
Əynimi dəyişmək üçün evə getdim, çünki lap liman fəhləsinə
oxşayırdım… Və budu, artıq burdayam… Amedeo da gəlib?
Amaliya. Yox! O da gecədən yoxdu.
Erriko. Ay qız, sənin evdə işin-gücün yoxdu?

Assunta nə cavab verəcəyini bilmir.

Amaliya. Bu qız Rituççaya görə burdadı, əgər oyansa…
Erriko. Balaca necədi?

215
   210   211   212   213   214   215   216   217   218   219   220