Page 219 - 2-ci cild
P. 219
Eduardo de Filippo

Amaliya. Yaxşı, bir dəqiqə gözləyin…
Rikkardo (qətiyyətlə). Bəli, mən gözlərəm… (Kənara,
səhnənin sağ tərəfinə çəkilir.)
Amedeo. Axşam qonaqlarımız olacaq. Sən gələcəksən?
Peppe. Bəs necə? Mən dəvətliyəm.
Amedeo. Onda elə burda söhbət eləyərik.
Peppe (ehtiyatla). Burda danışmaq olmaz! (Oğrun-oğrun
ətrafa baxır.) Beş təzə təkərli bir maşın var… Sabah axşam əziy-
yət çəkməli olacağıq…
Amedeo (sözünü kəsərək). Yaxşı, bu söhbəti küçədə eləyərik…
Peppe (Amaliyaya). Donna Ama, qəhvənin pulunu alın…
(Amaliya onun verdiyini cibinə qoyur.)
Federiko. Donna Ama, siqaret var?
Amaliya (dərhal). Yox, gətirməyiblər.
Peppe (istehza ilə). Oldu, hər şey aydındı. Bu şəhərdən
siqaret qeybə çəkilib.
Federiko. Direktorlar qadağa qoyublar.
Peppe. Federi, sən gəlirsən?
Federiko. Gəlirəm. (Sağollaşır.) Senyorlar, xudahafiz! Amedeo,
sən burda qalırsan?
Erriko. Hə, Amedeo burda qalır. Amedeo ilə söhbətim var.
Peppe. Onda axşam yeməyində görüşərik. Getdik. (Federiko
ilə danışa-danışa gedir.)
Amaliya (Rikkardoya). Beləliklə, sizə nə köməyim dəyə
bilər, senyor?
Rikkardo (çəkinə-çəkinə). Sizinlə aramızda olan razılaşmaya
görə…
Amedeo (Errikoya). Mən o künc dalanda olacam. Nə vaxt
lazım olsam, çağırın. (Getmək istəyir, sonra elə bil nəyisə yadına
salıb dayanır.) Bağlama… yenə unutmuşdum… Burda üç yüz
min lir var… (Başa düşür ki, Rikkardonun yanında ağzından
artıq söz çıxarıb.)
Amaliya (ört-basdır etmək üçün zarafatla oğlunu qınayır).
Üç yüz min lir?! Ay məzəçi.

219
   214   215   216   217   218   219   220   221   222   223   224