Page 221 - 2-ci cild
P. 221
Eduardo de Filippo

qırx min liri ödəməsəz, evinizin mülkiyyətçisinə çevrilmək üçün
senyora Amaliya sizə əlavə əlli min lir də verməlidi. Vəkil də
buna görə sizə xəbərdarlıq məktubu göndərib… Niyə siz əlli min
liri almaq istəmirsiz?.. Alın və özünüzə başqa mənzil axtarın…

Rikkardo. Başqa mənzil axtarım? Məgər arvadım, üç uşağımla
mən özümə başqa mənzil tapa bilərəm?

Erriko (hövsələsizliklə). Üzr istəyirəm, bəs siz nə istəyirsiz?
Yuxarı tüpürürsən bığdı, aşağı tüpürürsən saqqal…

Rikkardo. Bilirsiz, mənim on min yeddi yüz lirim var. (Pulu
kisəsindən çıxarıb göstərir.) Mən iki pencəyimi, bir də qış
şalvarımı satmışam… Heç o qiymətə dəyməzdi… Amma indiki
qiymətləri özünüz bilirsiz də… Mən ödəməli olduğum o qırx
min lirin müqabilində senyoraya hələlik bu məbləği təklif etmək
istərdim. O biri tərəfdən, işdən azad etdikləri üçün idarə də mənə
təxminən səksən min lir təzminat ödəməlidi… Söhbət bir neçə
gündən gedir.

Amaliya (razılaşmaq istəmir). Amma üzr istəyirəm… Öhdəliyə
əsasən, siz bunu altı ay müddətində etməliydiz…

Rikkardo (səmimi tərzdə). Eləyə bilməmişəm. İnanın mənə,
eləyə bilməmişəm, həm də ümid edirdim ki, siz mənim vəziyyətimi
başa düşərsiz… (Yalvarışla.) Mənə bu yaxşılığı çox görməyin…

Ona cavab vermirlər…

(Bir anlıq karıxıb qalır, sonra sanki öz-özüylə danışır.) Mənzili
dəyişin, dildə asandı… Əvvəl bunda çətin bir şey yox idi…
Mənzili dəyişmək nəydi ki, heç nə… Çünki hətta pisinə, ən kası-
bına belə adam məmnunluqla köçürdü… Çünki lap küçədə də
adam özünü evdəki kimi hiss edirdi… (Sanki o xoş günləri xatır-
layaraq.) Hərdən axşamlar küçəyə çıxırdın… Qarşında sakit,
dinc insanlar görürdün… Gülürdülər… səni salamlayırdılar…
hamı elə xeyirxah idi… Hərdən, adam pul-zad xərcləmədən əy-
lənmək istəyəndə, elə o yaraşıqlı vitrinlərə baxmaq kifayət elə-
yirdi… Paxıllıq… ədavət… yox idi. Bir şeyi ki bəyəndi, vəssa-
lam… Deyirdi, nə gözəldi! İmkan daxilində pulunu yığıb onu

221
   216   217   218   219   220   221   222   223   224   225   226