Page 223 - 2-ci cild
P. 223
Eduardo de Filippo

verin. Yoxdusa, Allah eşqinə, rədd olun! İndi bizi rahat buraxın,
işimiz var… (Rikkardonu qapıya tərəf itələyir.) Buranı tərk edin,
tərk edin! Mühasib, gedin, gəzmək cana xeyirdi.

Rikkardo (təhqir olunub, amma özünə nəzarəti itirmir və
demək olar, nəciblik nümayiş etdirir). Yaxşı, yaxşı, hirslənməyin!
Mən gedirəm… Bir yer axtarıb-taparam… Evi boşaldarıq… Elə
günü sabah vəkilin yanına gedib bu məsələni həll edərik…
(Bütün bu səhnədən və fikirdən sarsılaraq, yolda nəsə öz-özünə
mızıldana-mızıldana çıxışa tərəf gedir. Astanada dayanıb sağa
dönür, sonra səhv etdiyini anlayıb sola gedir).

Amaliya (can rahatlığıyla). Uf! Elə bilirəm, indi hər şeyi
biryolluq anladı! (Kəsilmiş söhbəti bərpa edərək Errikoya.)
Beləliklə... Siz zərgər yanında olmusuz?

Erriko (təsdiqləyərək). Mən altı ay əvvəl aldığım həmin o
iki daşı dəyişdirdim… Üstündə dörd yüz min lir verib bax bu
ikisini aldım… (Papiros kağızına bükülmüş iki brilyantı göstərir.)
İndi bunların qiyməti də üç milyon yarımdı.

Amaliya (heyranlıqla baxır). Necə də gözəldi!
Erriko. Bulaq suyundan da safdı, heç bir defekti yoxdu…

Amaliya küçəyə nəzər yetirir, sonra ehtiyatla çarpayının sol
tərəfində döşəmənin kafel plitəsini qaldırıb zinət əşyaları ilə

dolu torbanı çıxarır.

Amaliya. Mən həmişə həyəcan içindəyəm… (Torbanı açır
və hər iki brilyantı onun içinə atıb yerinə qoyur. Sonra plitəni elə
rahlayır ki, döşəmə ilə eyni olsun. Təzədən küçəyə nəzər yetirir
və toxtaqlıqla.) Beləliklə, bu iki daş da mənim…

Erriko (qalxır, qapıya yaxınlaşır və dalğın-dalğın dalandakı
gediş-gəlişə baxır). İş artıq görülüb. (Amaliyaya tərəf gedir,
səhnənin ortasında dayanıb qüssəylə.) Bir halda ki mənim payımı
öz payınıza qatmaq sizin üçün belə çətindi…

Amaliya (ciddi, dəfələrlə düşünülmüş çıxışa hazır vəziyyətdə).
Yaraşıqlı, mənə qulaq asın... Özünüz də yaxşı bilirsiz ki, sizə nə

223
   218   219   220   221   222   223   224   225   226   227   228