Page 227 - 2-ci cild
P. 227
Eduardo de Filippo

daş kimi dayanıb qalır. Sağ qapıdan peyda olan Keşiş küçəyə
çıxır.

Amaliya (diqqətlə qızının hərəkətlərini izləyir. Nəsə qeyri-
adi bir hadisə baş verdiyini hiss edib kinayə ilə soruşur). Ehe…
nəsə tez qayıtdın. Adaxlın sənə nə dedi?

Mariya Rozariya (biganəliklə). Adaxlım çıxıb gedib, izi-
tozu da yoxdu.

Amaliya (az qala sevinə-sevinə). Ax, belə? Sənə nə var,
başqasını taparsan.

Mariya Rozariya (soyuq tərzdə). Kimi istəyirəmsə, kimi
bəyənirəmsə, onu da tapacam, anladız? Özüm tapacam. Siz öz
işinizlə məşğul olun!

Amaliya (zarafatla). Ah, zavallı qız! Heç dilindən düşmürdü!
Səyahət! Amerika… Amerikanın sənin üçün elə gözü atırdı…

Mariya Rozariya. Mənim bəxtim qara imiş… Mən təkcə
demirdim… Mən təkcə ürəyimi verməmişdim… Siz mənə yaxşı
nəzarət etməliydiz! İndi çığırıb-bağırmağın xeyri yoxdu, olan
olub…

Amaliya (heyrətlə, öz qulaqlarına inanmayaraq). Olan olub
dedin? De görək, nə eləmisən?

Mariya Rozariya (baş verənlərin günahını anasının üstünə
yıxmağın mümkünlüyünə çətin inanaraq, acıqlı-acıqlı). Gərək
əvvəldən nəzarət edəydiz! Axşamlar rəfiqələrimlə çıxıb gedəndə
siz, yaxşı olardı ki, sevinmək əvəzinə – belə axı sizə daha rahat
idi – mənə nəzarət edəydiz… Pul, alver barədə düşünməkdənsə,
mənim barəmdə düşünəydiz!

Amaliya (özünü itirib və demək olar ki, hərəkətlərinə bəraət
qazandırır). Səni düşünmədiyimi deyirsən? Mən uşaqlarım, evim
üçün canımı qoymuşam….

Mariya Rozariya (istehzayla). Sizmi? Sizin məni düşünməyə
vaxtınızmı vardı? Nə vaxt? Onda sizin o Yaraşıqlı barədə kim
düşünəcəkdi? Mən?

227
   222   223   224   225   226   227   228   229   230   231   232