Page 231 - 2-ci cild
P. 231
Eduardo de Filippo

lərimi, nələr yaşadıqlarımı nəql etməyim üçün bütöv bir il kifayət
etməz. Bütün bu on üç-on dörd ayda başıma gələnləri təsvir
etməyə kağız-qələm çatmaz… Hər şey bax burdadı, Ama, görür-
sən… (Gözlərini göstərir.) Gözlərim qarşısında… Heç başımdan
çıxmır… Düzü, nədən başlayacağımı heç özüm də bilmirəm…
Ürəyim doludu. (Gülür.) Bizim ev… sən… dalan… dostlar…
(Əliylə alnını silir.) Sus, sakit… (Qəflətən şən və qətiyyətli
şəkildə.) Yaxşı olar ki, sizdən, evdən danışaq… Amedeo… Ri-
tuçça… Mariya necədi?..

Amaliya. Rituçça yaxşı deyil.
Cennaro (həyəcanla). Nə olub ona?
Amaliya (rahatlıqla). Heç nə… Balaca qızdırması var…
Uşaqlarda olur…
Cennaro. Mənim qızım… (Amaliyaya.) Ordadı? (Amaliya
başını tərpədir və o, sol qapıya tərəf gedir.)
Adelaida (bu ana qədər gözünü Cennarodan çəkməyib).
Yazıq don Cennaro… Nə pis olub… İlahi! İlahi! Mən gedim,
donna Ama… birazdan görüşərik. (Çıxışa tərəf gedib madonnanın
dalandakı təsvirinə müraciətlə.) Ah, madonna! Kölgəni üstümüzdən
əskik eləmə!
Amaliya (sağ qapıya tərəf). Mariya… bura gəl… Atan qayı-
dıb!

Mariya Rozariya gözlərini silə-silə və saçlarını düzəldə-
düzəldə daxil olur.

Mariya Rozariya (karıxmış halda). Ata qayıdıb?..
Amaliya (ikrahla). Gözünə bu halda görünmə… Heç nə də
demə… Yoxsa o yazığın halı pis olar…

Amedeo küçədən qaçıb gəlir.

Amedeo (həyəcanla). Deyirlər, atam qayıdıb?

231
   226   227   228   229   230   231   232   233   234   235   236