Page 235 - 2-ci cild
P. 235
Eduardo de Filippo

gözünün qarşısındadı.) Ölülərin hamısı bir sifətdə olur… (Pauza.
Hardasa onun düşüncə tərzində baş verən dəyişiklikləri anlatmaq
istəyərək daha həyəcanlı tonla.) Və Ama… mən tamam başqa
adam kimi qayıtdım. Yadındamı, həmin o birinci müharibədən
qayıdanda necəydim? Dəli olmuşdum, hamıyla dalaşırdım…

Amaliya təsdiqləyir.

Cennaro. Amma bu dəfə yox! Çünki Ama, bu, müharibə
deyil, nəsə tamam başqa şeydi… Mənim əlli iki yaşım var və
yalnız indi özümü əsl kişi kimi hiss eləməyə başlamışam. (Ayağına
vura-vura Amedeoya.) Müharibədən yaxşı adam kimi qayıdırlar…
Heç kimə pislik istəmirlər… (Sonra Amaliyaya xəbərdarlıq tonuy-
la.) Pislik eləməyəcəyik, Amaliya… pislik eləməyəcəyik… (Bütün
yaşadıqları: evə qayıdışı, xatirələr, doğmalarıyla görüşü, ən
əsası isə bu böyük faciədə öz cılızlığını dərk etməsi onda mənəvi
böhran yaradır. O hönkürür.)

Amaliya (narahatdı və qeyri-ixtiyari həyəcanlanıb). Di yaxşı,
Cennaro…

Amedeo (sakitləşdirərək). Ata…
Cennaro (öz zəifliyindən pərt olub dirçəlir, üzündə yüngül
təbəssüm əmələ gəlir). Neyləmək olar… (Əhvalatına qayıdaraq.)
Sonra… (Yaşadıqları o qədər çoxdu ki, nə ümumiləşdirə, nə də
onlardan ən əsasları təhlil edə bilir.) İndi… (Qətiyyətsiz halda.)
Başımda nəsə bir boşluq var… Yenə də kəndbəkənd, kəndbəkənd…
(Xatirələr axarına düşərək.) Mən bir nəfərlə tanış oldum… hə,
bax belə… Qulaq asın… Onunla birlikdə yiyəsiz tövlədə yatırdıq…
Səhərlər mən pulu harda gəldi, necə gəldi qazanmaq üçün çıxıb
gedirdim, axşamlar da bu tövləyə qayıdırdım… Gördüm ki, o,
heç vaxt burdan çıxmır… Köhnə şeylərdən, çır-çırpıdan özünə
bir yatacaq eləmişdi… Gecələr yuxuda sayıqlayırdı… (Yoldaşının
xırıltılı, qorxu dolu səsini təqlid edir.) “Onlardı! Kömək eləyin!

235
   230   231   232   233   234   235   236   237   238   239   240