Page 233 - 2-ci cild
P. 233
Eduardo de Filippo

Cennaro (səmimi şəkildə). Bilmirəm. Əgər sizə harda oldu-
ğumu demək istəsəm, onda mən… Oturun görüm… (Furajkasını,
bağlamanı, dəmir qabı səhnənin dərinliyindəki stolun üstünə
qoyub uşaqlarla yanaşı, Amaliya ilə üzbəüz oturur.) Demək,
belə… Sizə nə deyim axı? Sahilboyu zolağın üç yüz metr hissə-
sinin evakuasiya olunması barədə əmr gələndə… Cəmi saat yarı-
ma qəflətən: “Təmizləyin!” (Amaliyaya.) Yadındadı? Camaat
bağlamalarla, çamadanlarla…

Amaliya (o səhnəni xatırlayaraq). Bəs necə…
Cennaro. Bu zaman mən türmənin yanından keçirdim.
Frattamacoredən qayıdırdım. On kilo almayla dörd kilo çörəyi
almaq üçün getmişdim… On dörd kilometrlik yolu çiynimdəki
on dörd kiloluq yüklə… Necə yorulduğumu təsəvvür eləyə bilir-
sizmi? (Sanki yekunlaşdıraraq.) Yaxşı! Yolu yarı eləmişdim ki,
eşitdim, bəs dənizdən atacaqlar… “Qaçın! Sığınacağa!”, “Dənizdən
bombalayırlar!”, “Amerika qırıcıları!”, “Sığınacağa qaçın”. Mən
səni, uşaqları fikirləşdim… Sığınacağa necə gedib çıxacam?
(Hədəylə.) Öz-özümə dedim, qoy hardan istəyirlər, ordan da
bombalasınlar… Dənizdən, göydən, yerdən, lap yerin altından…
Mən evə gedib çıxmalıyam…Yoluma davam elədim… Çiynimdəki
on dörd kiloyla… Atmayacaqdım ki… Yol dörd bir tərəfdən
gülləyə tutulmuşdu… Əsl cəhənnəm idi. Evlərin damından,
mağazalardan, su çənlərindən… Camaat qaçırdı… Pulemyot-
lar… Almanlar… Hər yer meyitlə doluydu… Bu qarma-qarışıqlıqda
kimsə dirsəyiylə məni vurdu. Mən də yıxıldım. Çörək, almalar –
hamısı dağıldı. Arxası üstə yerə yıxıldım. Burda hər şey soyul-
muşdu… (Peysərini göstərir.) Yadımdadı, bu əlim al-qan içində
idi… (Sol əlini elə göstərir ki, elə bil hələ də qan içindədi.)
Qulağıma aramsız güllə səsləri gəlirdi. Elə həmin vaxt huşumu
itirmişəm… (Öz yükünü yadına salaraq.) Kim bilir, o almaları
kim yeyib… (Pauza.) Özümə gələndən sonra hiss elədim ki,
kimsə məni boğur, səslər eşidirəm, adamlar qışqırır… Tərpənmək
istəyirəm, amma bacarmıram… Ayağım var, amma onları hiss
eləmirəm… Öz-özümə deyirəm, bəlkə, dağıntılar altında qalmışam,

233
   228   229   230   231   232   233   234   235   236   237   238