Page 229 - 2-ci cild
P. 229
Eduardo de Filippo

Bir səs isə o biri səslərin hamısını batırır: “Don Cenna,
hamımız sizi ölmüş bilirdik”.

Sonra Cennaronun həyəcan dolu səsi eşidilir:

Cennaro. “Mənsə sağ-salamat qayıdıb gəldim!”

Nida və salam səsləri susmaq bilmir. Bu zaman Adelaida
küçədən daxil olur. Görkəmindən hiss olunur ki, nəsə
gözlənilməz və vacib bir xəbərlə gəlib. Burada heç kim
olmadığından qışqırır.

Adelaida. Donna Ama, donna Ama!
Amaliya (həyətdən çıxır. Dalandakı səslərə və Adelaidanın
qeyri-adi tonuna görə maraq içindədir). Nə baş verib?
Adelaida. Sizin əriniz!

Cennaro daxil olur.

Cennaro (salam jestlərini hamıya – eyvanların sağ-sol, həm
də yuxarı tərəflərinə paylaya-paylaya). Təşəkkür edirəm, hamınıza
təşəkkür edirəm. Sonra danışaram… Sonra danışaram…

Əynində cırıq, nimdaş paltar, italyan furajkası, amerikan
şalvarı, pencək əvəzi isə alman əsgərinin kamuflyajı var. O, çox
arıqlayıb. Yorğun görünür, amma təzədən öz ailəsini, öz evini

gördüyü üçün gözləri sevincdən nur saçır. Çiynindəki əsgər
torbasının içi hər cür əsgi-üsgüylə doludu. Əlindəki dairəvi
banka onun üçün qazanı əvəz edib. Astanadan keçib tələsik ora-
bura baxır. Üzündə donub-qalan heyrət arvadını dəbdəbəli
qiyafədə görəndə daha da artıb ən son həddə çatır. O, arvadını

tanımır, elə bilir, qapını səhv salıb, nəzakətlə üzr istəyir.

Üzr istəyirəm, senyora… (Gedir.)

229
   224   225   226   227   228   229   230   231   232   233   234