Page 225 - 2-ci cild
P. 225
Eduardo de Filippo

alverdi belə? Bunu eləmək olar… amma bunu olmaz”… Qısası,
əl-ayağımı bağlayacaq…

Erriko (ona yaxınlaşıb zənlə və müəyyən qədər tənəylə
gözlərinin içinə baxaraq). Bəs necə...

Amaliya (kənarlaşaraq). “Bu, təhlükəlidi… Gərək ehtiyatlı
olaq…”

Erriko. Bəs… başqa səbəb?
Amaliya. Bütün… səbəblər.
Erriko (hirslə qadına heç də birmənalı olmayan vədini
xatırladaraq). Amma səbəb mən deyiləm də, eləmi? Hə? Yox,
mən deyiləm də?
Amaliya (müqavimət göstərməyə daha qüvvəsi yoxdu. Düz
gözlərinin içinə baxa-baxa bərk-bərk onun əllərindən tutur və
nəvazişlə pıçıldayır). Həm də sənsən!

Erriko onu özünə tərəf çəkib qucaqlayır, dodaqlarını ağır-
ağır onun dodaqlarına yaxınlaşdırıb öpür. Bu an Keşiş daxil
olub jiletin ciblərini eşələyir və “həyətə” tərəf gedir. Sevgililəri
görüb heyrətdən donub-qalır, sonra geri dönüb astanada arxası

onlar tərəfə dayanır. Naməlum adam daxil olur.

Naməlum. Qəhvə!
Keşiş (kobudcasına onu tutub fırladır və arxadan itələyə-itə-
ləyə). Alver müvəqqəti dayanıb! O tərəfdən evə gedin. Di gedin
də!

Naməlum nəsə mızıldana-mızıldana gedir. Amaliya və
Erriko keşişin səsini eşidib çaşqın vəziyyətdə aralanırlar.

Amaliya sol qapıdan qeyb olur.

Erriko (narazı halda və hirsli tonla). Sənə nə lazımdı?
Keşiş (sanki sözlərinin təsdiqi kimi hələ də jiletin ciblərini
eşələyə-eşələyə). Kibriti “həyətə” qoyub gəlmişəm.
Erriko (kobud tərzdə). Di get götür də!

225
   220   221   222   223   224   225   226   227   228   229   230