Page 237 - 2-ci cild
P. 237
Eduardo de Filippo

Amaliya (Errikoya dediyi həmin o Cennaronun adına gələn
məktubu xatırlayaraq ərinə). Bəlkə, elə bu məktub ondan gəlib…
(Bayaq stolun üstünə qoyduğu məktubu götürüb Cennaroya verir.)

Cennaro (məktubu gözdən keçirir aşağıdakı imzanı tapıb
sevincdən qışqırır). Əlbəttə, odu… Özüdü… Şükür Xudaya! O,
sağ-salamatdı… (Oxuyur.) “Əziz senyor Cennaro. Düşünürəm
ki, siz, nəhayət, doğmalarınızın yanındasız. Sizə öz salamlarımı
yollayıb ürəkdən təbrik edirəm”. (Arvadına.) Unutmayıb…
(Oxuyur.) “Arvadınız və uşaqlarınız, talelərinin necə gətirəcəyindən
asılı olmayaraq, əminəm ki, sizin çəkdiyiniz əzablara layiq ola-
caqlar…”

Amaliyanın saçına əl gəzdirə-gəzdirə onu güclə gizlətdiyi
bir həyəcan bürüyüb.

“Arzu edirəm ki, keçirdiyiniz bütün bu həyəcanların müqabi-
lində onlarla görüş sizə sevinc gətirsin…”

Amedeo (məktubun sonuna yaxınlaşdığını anlayaraq, hövsələsiz
şəkildə atasının sözünü kəsir). Ay ata, nələr çəkmisən…

Cennaro. Demə… Demə… Mən hələ sizə nə danışdım ki?..
Bunlar hələ harasıdı…

Amedeo. İndi artıq burdasan, bizimləsən… Daha olanları
yadından çıxart.

Cennaro. Yadımdan çıxarım? Dildə demək asandı. Bunu
unutmaqmı olar?..

Amedeo (sadəlövhcəsinə). Yaxşı, ata, bizdə hər şey axı
qurtardı…

Cennaro (əminliklə). Xeyr, səhv eləyirsən. Sən mən görənləri
görməmisən… Müharibə qurtarmayıb…

Amedeo. Ata, biz artıq burda əmin-amanlıq içində yaşayırıq.
Cennaro (razılıqla). Görürəm, görürəm… Neçə dəfə məni
ölümdən möcüzə xilas edib! Həyatım bir tükdən asılı olub.
Ama… Gərək Pompeydəki madonnanın qarşısında şam yandıram…
(Qalxıb yan-yörəsini gözdən keçirir və razılıqla.) Bax əgər

237
   232   233   234   235   236   237   238   239   240   241   242