Page 241 - 2-ci cild
P. 241
Eduardo de Filippo

Keşiş (itaətlə). Bu da çəpiş! (Cennaronu görüb heyrətlənir).
Don Cennaro… Necəsiniz?

Cennaro (böyük sevinc içində). Keşiş! Sən də salamat
qalmısan! Həmişə fikirləşirdim, görən… Keşiş necədi?

Keşiş. Biz də salamat qalmışıq, görürsüz də? Möcüzə
sayəsində…

Erriko (tavaya işarə edərək). Don Cenna, bu, sizə dediyim o
mərasim üçün hazırlanan kartofla çəpiş qızartmasıdı…

Cennaro (dadlı yeməyin qoxusunu alaraq). Ay səni, şeytan,
kartofla çəpiş qızartması… (Xatırlayaraq.) Amma orda, şimalda,
biz belə bir təam uğrunda bir-birimizin hülqumunu kəsməyə belə
hazır idik… (Söhbəti ona çox doğma olan mövzunun üstünə
gətirmək istəyir.) Nə zamanlar idi… Nə zamanlar idi… Təsəvvür
edin ki, çölün düzündə xəndəkdə gizlənmişik. Çünki dörd bir
yandan qumbaralar atılır, mərmilər tökülür… don Erriko, əsl
cəhənnəmdi… Düz üç gündü yeddi adam mərmi qırıntısından
ölən iki meyitlə ac-susuz oturub-qalmışıq… (Qızışaraq.) Və
qəflətən…

Keşiş (dalanı müşahidə etmək üçün qapının ağzında qalıb).
Bu da bir tava şirin bibər və bir tava da badımcanlı parmezan.

Bir nəfər əlində iki tavayla daxil olur.

Ardımca gəl!

Sağ qapıdan içəri keçirlər.

Cennaro. Zəhmət olmasa, ona deyin, yemək bəsdi! (Söhbətinə
davam eləyərək.) Hə, onu deyirdim axı… Xəndəkdə gizlənmişik,
çünki hər tərəfdən qumbara atırlar, top atırlar…

Amaliya elə bil tikan üstündədi, Amedeo saata baxır. Yalnız
Erriko özünü elə aparır ki, guya qulaq asır, amma fikri başqa

yerdədi. Və qəflətən…

241
   236   237   238   239   240   241   242   243   244   245   246