Page 245 - 2-ci cild
P. 245
Eduardo de Filippo

Peppe (yola gətirməyə cəhd edərək). Bəs necə olsun?.. Bu,
əməliyyatlardan ən asanıdı. Mühəndis axşamlar maşını dalandan
enişdə saxlayır. Maşına qarovul çəkən oğlanla danışmışam: onu
ağzında dəsmal, əli-qolu bağlı vəziyyətdə tapacaqlar… (Asta
səslə danışmağa davam edir.)

Cennaro (hamını yerini tutmağa dəvət edib ürəkdən). Keçin,
keçin… Mənim evim sizin ixtiyarınızdadı.

Hamı minnətdarlıqla yerini tutur. Sol qapıdan Amaliya,
onun ardınca Mariya Rozariya peyda olur. Amaliyanın üzərində

də qara tülkü dərisindən bahalı xəz var. Mariya Rozariya
kənara çəkilir.

Amaliya. Axşamınız xeyir!
Hamı (heyranlıqla). Axşamınız xeyir, donna Ama…
Peppe (donna Amaliyanın libasını nəzərdə tutaraq). Əladı!
Adelaida. Bizim xanım gör bir nə gözəldi!

O birilər də öz heyranlıqlarını ifadə edirlər.

Amaliya (müəyyən qədər öz xarakterinin möhkəmliyindən,
müəyyən qədər də ona olan bu yüksək münasibətə görə həyəcan-
landığından lovğa-lovğa geniş jestlə). Assu, Keşişə denən, yemək-
ləri süfrəyə versinlər… Assunta sağ qapıya işarə edir. (Hamıya.)
Əyləşin!

Hamı şən ovqatla stola yaxınlaşıb əyləşir. Cennaro bu
səhnədən çaşqınlıq keçirərək geyimli-kecimli arvadına bir az da

çəkinə-çəkinə baxır.

Adelaida. Don Cenna, əyləşin!
Cennaro. Hə, həyat, doğrudan da, tamaşadı! Mən indi özümü
sizlərin arasında görüb öz gözlərimə inanmıram… (Əyləşir.)
Erriko. Bununla belə, bu, gerçəkdi…

245
   240   241   242   243   244   245   246   247   248   249   250