Page 247 - 2-ci cild
P. 247
Eduardo de Filippo

Erriko (təəccüblə). Don Cenna, sizə nə oldu? Hara belə?
Hamı (dilxor-dilxor). Don Cenna…
Cennaro. Mən uşağın yanında olacam. Nəsə qızdırması
yaman yüksəkdi.
Amaliya (çox da inad etmədən). Mən gedərdim də…
Cennaro. Yox, yox… sən burda ol… Mən qəti ac deyiləm…
Bircə yorulmuşam… Süfrə arxasında ol… (Vurğuyla.) Belə daha
yaxşı olar… (Gedir.)
Mariya Rozariya (qalxıb atasını haqlayır. Qətiyyətlə). Ata,
mən də səninlə gəlirəm…

Cennaro onun əlindən tutur.

Adelaida (qalxıb o da Cennaroya yaxın gəlir). Don Cenna,
yaxşı deyil… mən başa düşürəm, siz hələ də təsir altındasız…
Qorxunuz keçməyib… Amma toxtayın… Axı indi burda tam
sakitlikdi… Hər şey qurtarıb…

Cennaro (əminliklə). Xeyr! Siz səhv edirsiz… Müharibə
qurtarmayıb… Heç nə qurtarmayıb! (Daha bir neçə addım atır.)

Adelaida bir qədər pərt halda süfrəyə qayıdır. Cennaro
qızına nəsə demək istəyir, amma görür ki, o, baxışlarını yerə

dikib. Bir anlıq tərəddüd keçirir, amma hələ də heç nədən
şübhələnmir. İnstinktiv olaraq nəyinsə qaydasında olmadığını
hiss edir, kədərlənir. Nəvazişlə qızını özünə tərəf çəkib jestlə

soruşur: “Sənə nə olub?” Mariya Rozariyanın cavabı belə
olur: “Heç nə”. Çıxırlar.

Keşiş sağ qapıdan təntənəli surətdə iki şüşə şərab gətirir.

Keşiş. Bu da şərab!

Hamı çox sevinir. Süfrəni tərk etmiş Cennaro, iş-güclər, dadlı
təamlar haqqında danışa-danışa yeməyə girişirlər.

247
   242   243   244   245   246   247   248   249   250   251   252