Page 251 - 2-ci cild
P. 251
Eduardo de Filippo

Ən sonda ölən də elə ümiddi. Əgər onlar dərmanı tapsalar,
doxsan doqquz faiz söz verirəm ki, qız xilas olacaq.

Adelaida. Puzillekolu Müqəddəs Antoni!

Assunta təzədən dua oxumağa başlayır. Sonra hər iki qadın
sol qapıdan çıxır.

Həkim (saata baxaraq). Sən bir bura bax, gör nə qədər vaxt
keçdi!

çappa. Məgər o dərman çətin tapılır?
Həkim. Hm… Çətindi… İndi hər şey çətin tapılır… Özü də
axşamın bu vədəsində… Lap günün günortası olsaydı belə…
İndi dərman qızıl qiymətinədi… Əgər varsa da, yalnız qara
bazarda. Yaxşı, bir az da gözləyim…
Cennaro. Doktor, bağışlayın bizi.
Həkim. Neynək. İcazənizlə. (Sol qapıya keçir.)
Cennaro (acı-acı). Varsa da, ancaq qara bazarda. Həkim
“dərman tapılmasa, qız öləcək” deyəndə siz bir onun anasını
görəydiz… Başıaçıq, ayaqyalın küçəyə qaçdı. İndi bütün Neapolu
ayaqdan salıb. Tapacaqmı? Kim bilir? Həkim dedi ki, “ancaq
qara bazarda tapa bilərsiz”. Arvadımın rəngi meyit rəngi kimi
oldu.

Amedeo təngnəfəs halda qaçaraq küçədən içəri girir.
Çappanın burada olması onu karıxdırır, amma özünü ələ alır.

Amedeo (Cennaroya). Heç nə tapmadıq. İki-üç açıq aptek
vardı, orda da həmin dərmanlar yox idi. Furçellada, Palunettoda,
Kavonedə oldum. Hər evdən soruşdum. Yoxdu ki, yoxdu!..
Deyirlər, bəlkə… sabah oldu…

Keşiş daxil olur.

Keşiş (nəfəsi təngiyə-təngiyə girişdən). Qoyun oturum. Ayağım
qırılıb! (Elə rastına çıxan birinci stuldaca əyləşir.)

251
   246   247   248   249   250   251   252   253   254   255   256