Page 249 - 2-ci cild
P. 249
Eduardo de Filippo

məşğul olacaqlar… biz də boş oturmamışıq… Onlar Nev Turretdə
bir maşının izinə düşüblər… Əgər onları cinayət başında yaxalaya bil-
səm, Domkrat Peppenin də, oğlunuzun da qolunu qandallayacam…

Cennaro (soyuq tərzdə, demək olar, biganəliklə). Qandallayın…
çappa (Cennaronun tonundan təəccüblənib). Onu həbs edim?
Cennaro (eyni tonla). Əgər cinayət başında yaxalasaz, həbs
edin.

Assunta sol qapıdan görünür.

Assunta (hövsələsizliklə). Donna Amaliya qayıdıb?
Cennaro. Yox.
Assunta (dilxorluqla). Amedeo da yoxdu?
Cennaro. Yox.
Assunta. Onlar nə vaxt gələcəklər? Həkim gözləyir.

Sol qapıdan həkim, ardınca Adelaida daxil olur.

Həkim (gəncdi, təzə başlayanlardandı, nəcib və diqqətlidi.
Geyimi gözəçarpan deyil, amma bir qədər geyilmiş olsa da,
səliqəlidi). Gələn yoxdu ki?

Cennaro. Hələ ki yox, doktor.
Həkim (hövsələsiz halda). İlahi, mən axı sizə demişdim…
Bilin ki, qızın vəziyyəti, həqiqətən, ağırdı…
Adelaida (göyləri çağıraraq). Müqəddəs Anna!
Assunta (xalasına yaxınlaşır və klassik rahib tonunu təqlid
edə-edə onunla birlikdə “Ave Mariya” oxuyur). Ave Maria, gratia
plena, Dominus tekum, benedicta tu in mulieribus…”

Get-gedə onların bu ifası mızıldanmaya çevrilir.

Həkim (hər iki qadına baxaraq). Həqiqətən, ağırdı! Ən əvvəl
ona görə ki, həkim sizin yalnız son anda yadınıza düşüb.

Adelaida. Bakirə qız!

249
   244   245   246   247   248   249   250   251   252   253   254