Page 253 - 2-ci cild
P. 253
Eduardo de Filippo
otaqda var-gəl edir. O, həyəcanlı və dilxordu. Çıxıb getməyə
cürət etmir, amma çöldə nəsə vacib bir məsələ onu gözləyir. Nə-
hayət, qərarını qətiləşdirir və bu gedişini təbəssümlə əsaslandırmaq
istəyir). Ola bilsin, ana tapıb. (Dərmanı nəzərdə tutur.) Ana
gətirəcək. Bir az səbir edək… Ata, sən burada olacaqsan? Mən
bir Turettaya dəyim.

Çappa oğrun-oğrun Cennaroya baxır.

Cennaro (tükü də tərpənmir). Neynək, əgər bu, sənə belə
lazımdısa…

Amedeo (atasının daxili vəziyyətini başa düşməyib, hətta
onun bu tonundan cürətlənir). Bir vacib iş var. Amma tez
qayıdacağam.

Cennaro (yayınaraq). Briqadir, bilirsiz nə fikirləşirəm? Bu
günlərdə siz işinizlə əlaqədar həmişə ayaq üstə olmalı olursuz.
(Amedeoya.) Sən tələsirsən?

Amedeo (tərəddüdlə). Yox.
Cennaro (Çappaya). Belə. (Oğluna.) Otur.

Amedeo bir qədər çaşıb qeyri-ixtiyari əyləşir.

Çünki müharibə dönəmlərində baş verən bu qarma-qarışıqlıqda
cinayətkarlıq da artır. Qaçaqmalçılar, alverçilər, dələduzlar…
Maşın qaçıranlar…

Amedeo qəflətən səksənir.

Və meyit obrazında olduğum gün sizin mənə dedikləriniz həmişə
yadımdadı: “Amma sizin kimi diriyə əl vurmaq daha böyük
günahdı” dediz. Bəli, bəzi şeylər bağışlanır. Siz də elə ona görə
həmin gün mənim əlimə qandal vurmadız. Aydın məsələdi…
Onlar diri əhali, diri xalqdı, nə təhər də olsa, özünü qorumalıdı.

253
   248   249   250   251   252   253   254   255   256   257   258