Page 255 - 2-ci cild
P. 255
Eduardo de Filippo

verir, ya da elə-belə, gülmək üçün bir əhvalat uydurub qoşurlar,
həmişə deyilir ki, Neapolda baş verib. (Naməlum qeybətçini
təqlid edir.) “Sizin heç nədən xəbəriniz yoxdu? Neapolda içi
dolu bərə qeyb olub”. Amma, briqadir, axı bu, yalandı. Belə bir
şey ola bilməz. İnsanlar isə sadəcə özlərini elə aparırlar ki, guya
inanırlar. Həm də, üzr istəyirəm, o boyda bərə necə qeyb ola
bilər? Nədi, iynə-zaddı bəyəm? Və sonra əgər bu hətta doğru
olsa belə, sizə belə bir məntiqi fikir deyəcəm… Məntiqlə əgər
bərə qeyb olubsa, deməli, neapolitan oğru neapolitan olmayan
başqa oğruyla sövdələşməyə girib… Əks halda, bu bərə necə
qeyb ola bilər? Yük maşınına sözüm yox! Axı bu, yük maşınıdı.
Deyir, onlardan yüzlərlə itəni var… Ona görə də (Oğluna.) nə
qədər ki cavansan, gərək yaxşı mənada nümunə olasan… Ki, nə
vaxtsa Neapolun pisinə danışıldığını eşidəndə təmiz vicdanla
deyə biləsən: “Bəli, orada oğrular var, amma dünyanın hər
yerində olduğu kimi, orada da vicdanlı adamlar var.”

çappa. Məhz belə.
Amedeo (atasının nəzəriyyəsi ilə razılaşır). Əlbəttə… Amma
bəsdi, ata, mən gedirəm…
Cennaro (sanki gizli təəssüf hissiylə deyir: “Sən elə buna
layiqsən”). Get!

Çappa qarışmaq istəyir, lakin sonra özünü saxlayır. Amedeo
getmək istəyir.

Dəsmalın var?
Amedeo (cibini eşələyib tapır). Var, ata.
Cennaro. Paltonu da… geyin.
Amedeo (get-gedə təəccübü artır). Ata, nəyə görə?
Cennaro. Ona görə ki, axşamlar soyuq olur. Ola bilsin, yu-

bandın.
Amedeo. Yox, yubanmaram. Amma əgər sən istəyirsənsə…

(Komodun yanındakı stulun üstündən paltonu götürüb qolunun
üstünə atır.) Ata, mən tez qayıdacam. (Gedir.)

255
   250   251   252   253   254   255   256   257   258   259   260