Page 259 - 2-ci cild
P. 259
Eduardo de Filippo

Erriko. Keşiş rastıma çıxdı. Mənə dedi ki, qızdırması düşmək
bilmir…

Cennaro daş kimidi.

Mən bu dərmanları axtarırdım. (Kağızı göstərir.) Bax burda
yazılıb. Amma tapa bilmədim. Bəlkə, sabah… (Cennaronun bu
hərəkəti onu təəccübləndirir. Nə deyəcəyini bilmir, nəhayət, özünü
ələ alır. Cennaronun qarşısında olan stolun yanında əyləşir.
Cennaro ona gözünün qırağıyla da baxmır. Pauza.) Yaxşı
alınmadı… Xüsusən də adam düşünəndə ki, siz… qayıdıb
gələndə… Donna Amaliya nəinki… Amma bilirsiz, necədi?
Deyirlər, uşaqlar tez-tez belə olur… Çox da narahat olmağa dəy-
məz. Axı bu uşaq qəflətən bir də gördün yaxşılaşmağa doğru
getdi. (Yenidən sükut.) Həm də donna Amaliya buna layiq deyil.
O, ailəsi üçün canını verər. (Pauza.) Siz olmayan müddətdə biz
hamımız buna əmin olduq. Və əgər kimsə donna Amaliya barədə
pis danışarsa, o özü əclaf adamdı. Və siz onlara qulaq asmayın.
Mən bunları sizə bir dost kimi deyirəm.

Cennaro özünü ələ almaq üçün yuxarı baxır.

Mən bəzən oğlunuza nəsihətlər etməyi özümə borc bilmişəm.
Özü də ürəkdən. Siz yox idiz. (Cennaronun bu sükutu onu
ümidsizliyə salır. Səsi get-gedə həyəcanlı çıxır. O, artıq sanki
həmsöhbəti yox, vicdanı qarşısında özünü təmizə çıxarmaq üçün
özüylə danışır). Evdə tək qadın. Kişisiz. Əlbəttə, bilirsiz də…
Məni görüblər, mən tez-tez gəlirdim və aydın məsələdi ki, nə
fikirləşiblər… (Səmimi şəkildə, ləyaqət hissiylə.) Amma mən
sizə kişi kimi deyirəm ki, donna Amaliya üçün yalnız siz vardız
və varsız. (Pauza.) Siz bu səhər də mənimlə soyuq davrandız.
Mən bunu hiss etdim. Ona görə də bilərəkdən qayıtdım ki, sizinlə
görüşüb söhbət edim. Biz kişiyik, ya yox? Don Cennaro, sizdən
üzr istəməli olan bir adam varsa, o da mənəm. Amma Amaliya
sarıdan gərək arxayın olasız.

259
   254   255   256   257   258   259   260   261   262   263   264