Page 261 - 2-ci cild
P. 261
Eduardo de Filippo

Rikkardo (əynində altından gecə pijaması görünən tünd
plaş var. Mərhəmətlə). İcazə olar? Axşamınız xeyir. (Cennaroya.)
Mənə dedilər ki, qızınız üçün dərman lazımdı. Deyəsən, məndə
olan elə odu. (Xırda qutunu göstərir.) Budu?

Cennaro (həyəcanla). Buyurun, əyləşin. (Qalxıb sol qapıya
tərəf gedir.) Doktor, bir dəqiqə bura gələrdiz.

Həkim (səhnə arxasından). İndi. (Daxil olur.) Nədi?
Cennaro. Bu senyor bizimlə qonşuluqda yaşayır. Deyir ki,
siz soruşan dərman onda var. Baxın, görün odumu?
Həkim (Rikkardoya). Göstərin görüm. (Qutuya baxaraq.)
Özüdü. Özüdü ki var.
Rikkardo. Məndə təsadüfən qalmışdı. Altı ay əvvəl mənim
qızım da bu xəstəliyə tutulmuşdu.
Həkim. Bizimki gətirdi. Dərmanı verin.
Rikkardo (dərmanı vermək istəməyərək). Xeyr, mən bunu
senyora Amaliyaya vermək istəyirəm.
Cennaro (tərəddüd içində həkimlə baxışaraq). Amaliya! Bir
dəqiqə bura gəl. Mühasib səni görmək istəyir.

Amaliya, ardınca da burada olanlara sualedici nəzərlərlə
baxan Keşiş daxil olur. (Pauza.)

Rikkardo (sakit tərzdə, səsində heç bir pislik, yaxud qisas
hissi olmadan Amaliyaya). Donna Amaliya, həkimin sizin qızınız
üçün yazdığı dərman məndə var. (Göstərir.) Bax budu.

Amaliya (sarsılıb, amma təslim olmur). Nə qədər istəyirsiz?
Rikkardo (dərdinə yanır, ona qarşı qəzəbli deyil). Siz nəyi
mənə qaytarmaq istəyirsiz?

Amaliya ehtiyatla ona baxır.

Mənim olan hər şey indi sizə məxsusdu. Siz hər şeyimi əlimdən
aldız… Evimi, arvadımın əşyalarını, alt paltarlarını… ailənin
daş-qaşlarını…

261
   256   257   258   259   260   261   262   263   264   265   266