Page 257 - 2-ci cild
P. 257
Eduardo de Filippo

Peppe (kifayət qədər narahatdı). Demək, mən düzgün başa
düşmüşəm! Amma, üzr istəyirəm, avtomobilin məsələyə nə dəxli?

Cennaro (bilərəkdən gözünü çox mənalı baxışlarla ona
zilləyir və bu da Peppeni daha çox narahat edir. Oyun bir an
çəkir). Siz, yəqin, maşını idarə eləyə-eləyə eyni vaxtda sağ
pəncərəni də aça bilirsiz.

Peppe (toxtayaraq). Ax! Yox, əşi, yox, yox, yox. Elə deyil.
Don Cennaro, burda məsələ… bilirsiz, pul qazanmaq istəyirsən,
iş də ağır işdi. Mən sizin oğlunuzla şərikəm, amma bu axşam
deyəcəyəm ki, bir az istirahət edək.

Cennaro. Əlbəttə! İstirahət lazımdı… (Çox mənalı.) Azı iki il.
Peppe. E-e! İki il? Olar. Normal şeydi. Bilirsiz, don Cennaro,
mən istərdim, sakit bir yerdə yaşayım…

Cennaro jestlə bəyəndiyinə işarə edir.

Elə bir yerdə ki, gözdən-qulaqdan uzaq olsun… Sizə axı necə
izah edim? Məsələn, rahiblər kimi…

Cennaro. Hə, hə… Hardasa monastır həyatı…
Peppe. Elədi! Dəbdəbəsiz, sakit həyat: qoy lap bircə otaq
olsun, hin olsun…
Cennaro (əlavə edərək). …Hücrə olsun.
Peppe. Bəli, bəli, məhz hücrə. (Tənhalığın sevincini indidən
yaşayaraq.) Kimsə sənə qulluq eləsin, yemək gətirsin…
Cennaro. ...Həmişə də eyni vaxtda, eyni saatda. Nə bir
əziyyət, nə bir qayğı var; “sabah nə yeyəcəyini” fikirləşməyə də
ehtiyac yoxdu. Orada sənin qayğını çəkəcək insanlar tapılacaq.
Bir etibarlı adam var.
Peppe. Qoy lap puluyla olsun…
Cennaro. Qəti tələb olunmur. Belə daha yaxşıdı, məqsədsiz-
filansız. Pəncərədə möhkəm dəmir barmaqlıqlar…
Peppe (pərt olaraq). Yox, barmaqlığı bəyənmədim.
Cennaro. Amma tələb olunur!
Peppe. Niyə tələb olunur ki?

257
   252   253   254   255   256   257   258   259   260   261   262