Page 263 - 2-ci cild
P. 263
Eduardo de Filippo

Doktor, alın. Ümid edək ki, donna Amaliya anladı. Qıza şəfa
diləyirəm. Gecəniz xeyirə qalsın. (Gedir.)

Amaliya dərhal qətiyyətli jestlə həkimi xəstənin yatdığı
otağa keçməyə dəvət edir.

Keşiş (yüngülcə peysərini qaşıyaraq). Bax buna deyərəm, hə!
Cennaro (açıq-aşkar təsirlənib. Özünü saxlaya bilmir. Söhbəti
dəyişmək istəyir). Bəs sən? Sən alverlə məşğul olmamısan? Sənin
neçə milyonun var?
Keşiş. Oho… E-e… Məndə milyonlar nə gəzir? (İndicə
oynanılan səhnəni xatırlayıb sanki dürüstlüyünü özü özünə sübut
edərək.) Mən pomidor-çörək yeyəndə özümü kral kimi hiss
edirəm. Hə, mən də nəsə eləmək istədim, nəsə bir iş-filan, amma
imtina etməli oldum… (Özünə və bəxtinə inamsızlıqla.) Bir dəfə
Malakeş Paskualinoyla əlli kilo əncir qurusu aldıq. Dedim ki,
“bir az gözləyək, qiymətlər qalxanda satarıq…” Amma, don
Cennaro, əzizim, mənimki hamısı qurdlandı. Yuyub qurumağa
qoyduq – yarısını siçan yedi, yarısı da çürüdü. Əlbəttə, nəsə bir
iş düzüb-qoşmaq olardı… Amma nəyimə lazım? Xüsusən də
indi. Arvadım bombardmanda öldü… Don Cennaro, elə dəhşət
idi… (Həmin dəhşətli səhnəni xatırlayaraq.) Biz sığınacaqdaydıq,
eynilə indi sizinlə dayandığımız kimi dayanmışdıq. Küçəyə
göydən mərmi yağır, amma biz söyüşürük. “Sus, mumla, deyirəm,
camaat eşidər!” O da öz işindədi… (Arvadının dilini ağzına qoya
bilməməsini təqlid edərək.) Tra-ta-ta. Qəflətən divar o dayanan
tərəfdən uçub-gəldi… Cəmi bir an, don Cennaro. Arvadın son
sözü bu oldu: “Qoy burdan çıxım, danışarıq!” Amma xoşbəxtlikdən,
dərhal keçindi, əzab-zad çəkmədi. Yaxşı ölümdü, don Cenna.
Odu ki, deyirəm, alverə girişmək mənim, tək adamın nəyinə
lazımdı axı?
Cennaro (bu anacan Keşişin hekayətinə qulaq asmadan gö-
zünü küncə, əvvəl hücrəsinin olduğu yerə zilləyib). Sabah mənə
bir köməklik elə. Bir az tezdən gəl, mənim o balaca otağımı bər-

263
   258   259   260   261   262   263   264   265   266   267   268