Page 267 - 2-ci cild
P. 267
Eduardo de Filippo
gecəni gözləməliyik. (Ağır-ağır dərinliyə tərəf gedib sanki təmiz
havanı içəri dəvət etmək üçün şüşə qapını açır.)
Amaliya (məğlub olub, dərdin ağuşundadı, sanki dəhşətdən
ayılmış kimi ağlayır). Niyə belə oldu?.. Nə baş verdi?...
Cennaro (Ucadan. Səsi dalanda eşidilir). Müharibə, Ama!..
Amaliya (dağınıq fikirlərlə). Mənim bunlardan nə başım
çıxır? İlahi, nə baş verdi?
Mariya Rozariya sol qapıdan daxil olur. Əlində içi qaşıqlı
dəmir qab var. “Həyətə” tərəf gedir.
Cennaro. Mari, mənim üçün bir az qəhvə isit…
Mariya Rozariya dinməz-söyləməz sağdakı balaca stola
tərəf gedir, üstündəki elektrik sobası yandırıb balaca qəhvədanı
üstünə qoyur.
Amaliya (keçmişdən qalan kasıb, xoşbəxt həyatlarını xatır-
layaraq). Səhərlər mən bazara gedirdim. Amedeo Rituççanı mək-
təbə ötürüb işə yollanırdı… Mən evə qayıdıb yemək hazırlayır-
dım… Nə baş verdi?.. Axşamlar hamımız süfrə arxasına yığılıb
yeməkdən əvvəl dua edirdik… Nə baş verdi?.. (Astadan ağlayır.)
Amedeo ağır-ağır daxil olur. Hamıya baxır.
Amedeo (narahatlıqla). Rituççaya nə olub?
Cennaro (stolun yanında əyləşib. Amedeonun səsini eşidib
səksənir. Gözləri dolur. Ağlamaq istəyir, amma birtəhər özünü
ələ alır). Dərman tapıldı. (Qalxır və özünü birtəhər saxlayaraq
davam edir.) Həkim nə lazımdısa, elədi. İndi gecəni gözləməliyik.
(Sonra nümayişkaranə biganəliklə soruşur.) Bəs sən görüşə
getmədin?
Amedeo (pərt halda). Yox. Fikirləşdim ki, Rituççanın halı
yaxşı deyil, qayıdım. Öz-özümə dedim ki, belə eləsəm, yaxşı ol-
maz.
Cennaro (yüngül iradla). Hə, yaxşı olmaz. Gəl öp məni.
267