Page 265 - 2-ci cild
P. 265
Eduardo de Filippo

arvadına baxır. Amaliya bu baxışları hiss edir. O, peşmandı.
Nəhayət, dözmür və özü sükutu pozur. Demək olar ki, hiddətlə.

Amaliya. Niyə belə baxırsan? Mən də başqaları eləyəni
eləmişəm. Özümüzü qorumuşam, zirəklik eləmişəm… Baxa-
baxa qalmısan, niyə dinib-danışmırsan? Səhər açılandan susursan,
elə baxa-baxa qalmısan? Məni nədə günahlandırırsan? Sənə nə
deyiblər?

Cennaro (hər nə yolla olursa-olsun, izahatdan qaçmaq
istəyir). Niyə susuram? İstəyirsən, danışım? Neynək, danışaram.
(Keşişə.) Keşiş, xahiş edirəm, get, sabah tezdən görüşərik.

Keşiş (qalxıb stulu yerinə qoyur). Gecəniz xeyirə qalsın.
(Gedir.)

Cennaro. Tapşırığımı yadından çıxarma.
Keşiş (dalandan). Oldu. (Gedir.)
Cennaro (şüşə qapını bağlayıb ağır-ağır arvadına yaxınlaşır.
Nədən başlayacağını bilmir: xəstə uşağın yatdığı qapıya baxır
və nəhayət, qərara gəlir). Amaliya, bilmirəm niyə, amma orda
uzanan o xəstə uşaq məni bütün ölkənin taleyi haqqında düşünməyə
vadar edir. Mən qayıdanda ailəmi məhv olmuş, ya da xilas olmuş,
amma vicdanla yaşayan bir ailə kimi görəcəyimi gözləyirdim.
Niyə?.. Çünki mən müharibədən qayıdırdım… Amma, sən demə,
burda müharibənin adını eşitmək istəyən belə yoxmuş. Əvvəlki
müharibədən qayıdanda hamı məni qonaq çağırırdı, bir-birlərinə
aman vermirdilər… Ki, döyüşlərin necə keçməsindən, qəhrə-
manlıqlardan, igidliklərdən xəbər tuta bilsinlər… Söhbət o həddə
qədər uzanırdı ki, mənim sözüm qurtarırdı, yadımdadı, camaatı
birtəhər yola vermək üçün ya olmayan şeyləri özümdən uydururdum,
ya da başqa əsgərlərin başına gələn əhvalatları danışırdım…
Çünki camaat toplaşırdı, böyük-kiçik hamı belə eşitmək istəyirdi…
(O dövrün dinləyicilərinin entuziazmını xatırlayaraq.) “Əsgər!
Bizə danış görək! Ona içki verin! İtaliya əsgəri!” Amma bu,
sənin günahın deyil, bu müharibəni sən başlamamısan ki… İkinci
səbəb odu ki, pul başları xarab eləyib… (Başa düşərək.) Əvvəl-

265
   260   261   262   263   264   265   266   267   268   269   270