Page 243 - 2-ci cild
P. 243
Eduardo de Filippo

məni fikir götürdü… Donna Amaliya indi nə edəcək… Biləndə
ki, Yaraşıqlıyla… (Jesti bu mənanı verir: “Onda nələr baş
verəcək!”) Çünki o, əlbəttə, bundan sonra daha…

Erriko (kəskin şəkildə sözünü kəsərək). Daha nə?
Assunta (yaman yerdə axşamlayıb). Heç nə…
Erriko (dişlərini sıxaraq, hiddətlə). Sən həmişə mənim
işlərimə burnunu soxursan.
Assunta (peşmançılıq hissiylə). Mən nə edə bilərəm ki…

Amedeo qab-qacaqla daxil olub Assunta ilə birlikdə süfrəni
düzəldir. Amaliya Assuntanın bu səhv hərəkətindən dilxor olaraq
sol qapıdan çıxır. Peppe və Federiko, ardınca da şam mərasiminə
dəvətli olan digər kişilər və qadınlar daxil olur. Təzə gələnlər
Errikonun yanında dayanıb onu istiqanlılıqla təbrik edirlər.
Kişilər tünd kostyumlardadı, qadınların isə gündəlik libaslarının
çiyninə gözəl xəz dərilər atılıb. Hamısı başdan-ayağacan ləl-
cəvahirat içindədi və imkan düşdükcə onları nümayiş elətdirirlər.
Bir qədər sonra Adelaida bayram libasında daxil olur. Bəziləri
gül dəstəsi, bəziləri gül zənbili və digər hədiyyələrlə gəlib. Keşiş
hədiyyələri yerləşdirə-yerləşdirə, zala bəzək-düzək verə-verə
gəlir. “Günün qəhrəmanı” olan Yaraşıqlının ətrafında bayram
əhvali-ruhiyyəsi yaranıb. Otaqda bir canlanma var.

Peppe. Biz hamımız bura sizi təbrik etmək üçün toplaşmışıq.
Özü də necə lazımdı.

Erriko. Təşəkkürlər. Amma bu təntənə mənim ad günümlə
əlaqəli deyil. Biz hər şeyi dəyişməli olduq. Bu təntənə qayıdıb
gəlmiş don Cennaronun şərəfinədi…

Federiko. Hə, mənim artıq xəbərim var…
Peppe (sol qapıdan daxil olan Cennaronu görərək). Bu da o,
baxın. (Qollarını açaraq onun qarşısına gəlir). Don Cenna, xoş
gördük…

243
   238   239   240   241   242   243   244   245   246   247   248