Page 239 - 2-ci cild
P. 239
Eduardo de Filippo
Amaliya (narazıdı, yaman yerdə axşamlayıb). Hə… Biz
idarə yaratmışıq… O, yük maşınlarıyla gedir… Daşıyır…
Cennaro (anlayaraq). Hə, daşınmalar… Nəqliyyat idarəsi…
Oho və əlbəttə ki, yük maşınlarını da sizə amerikalılar verir…
Amaliya (acı-acı). Bə-əli… (Yüngül istehzayla.) Yanlarına
gedib deyirsən: “Mənə bir-iki yük maşını ver”. Onlar da verirlər…
Cennaro (inamında daha da qətiləşərək). Sözlərinin üstündə
durdular, hə… Necə deyərlər… Öküzün necəliyi buynuzundan,
adamın necəliyi düzlüyündən bilinər… (Nə işlə məşğul olduğunu
bilmək üçün Amedeoya.) Amedeo, bəs sən?
Amedeo (xəsisliklə.) Mən… avtomaşınlarla məşğul oluram…
(Atasının onun bu sözlərinə marağından qürrələnir.) Yaxşı
vəziyyətdə olan maşın görən kimi… alıram… Alqı-satqı.

Cennaro bu izahata o qədər də qane olmur. Amedeo söhbəti
bacısının üzərinə gətirir.

(Gülərək.) Mariya Rozariyanın sizə sürprizi var… Amerikaya
köçür. Amerikalı əsgərə ərə gedir.

Mariya Rozariya atasına baxmağa ürək eləmədən, əvvəlki
kimi fikirli-fikirli susur. Amaliya elə bil tikan üstündədi.

Cennaro (heyrət, qürur, kədər içində). Sən? Məni tərk edə-
cəksən? Yox, bu, ola bilməz… Bir gözsüz yaşamaq olar… amma
atasız… (Nəvazişlə qızını qucaqlayır və Mariya Rozariya əlləriylə
üzünü tutub hönkürür. Cennaro bu göz yaşlarını Mariya Rozariyanın
ailəni tərk etmək məcburiyyətində qalmasıyla yozur.) Di yaxşı,
ağlama, mən səninləyəm… Mən səni buraxmaram… Atan səni
neapolitana ərə verəcək… Öz yerlinə…

Erriko tələsik daxil olur.

239
   234   235   236   237   238   239   240   241   242   243   244