Page 217 - 2-ci cild
P. 217
Eduardo de Filippo

Erriko (dilxor-dilxor). Bu evdə ağzını açmağa imkan vermirlər!
Peppe (Federikoya). Məsələ qəbzdə deyil… Məsələ ondadı
ki, iki yüz altmış min lir mütləq ödənməlidi.
Federiko (qəbzi imzalamağa hazırlaşaraq). Yaxşı, bu işi
bitirmək lazımdı… (Amaliyaya.) Donna Ama, iki fincan qəhvə…
Salam, Erriko.

Amaliya iki fincan qəhvə süzüb verir.

Peppe. Gəl qəhvə içək. Mən qonaq eləyirəm. Pula gəlincə,
burda heç nəyi qabaqcadan ölçüb-biçmək olmur.

Federiko. Demək, orda “Fiat–1100” üçün beş təkər var,
eləmi?

Peppe. Hə, özü də qədtəzə. Hələ üstündən nə talkı, nə də
zavod markası pozulub getməyib. Erriko da burdadı, onun belə
şeylərdən başı çıxır.

Federiko. Errikoya çox böyük hörmətimə rəğmən, deyim ki,
mənim də başım çıxır!

Peppe. Onda yüz altmış min liri bəri elə, özü də sağ ol de ki,
verirəm. Birazdan qiyməti üç yüz min lir olacaq…

Federiko. Amma onları satmışam… Mən də qəpikdən-qu-
ruşdan qazanmalıyam, ya yox?

Peppe. Özü də yüz əlli min lir qabağa düşmək istəyirsən, hə?
Qısası, Amedeo ilə danış, biz axı onunla şərik satırıq… Əgər o,
sənə nəsə verməyə razılaşsa…

Qəhvəni içirlər.

Erriko. Çalış, qiymətdə razılığa gələ biləsən.
Peppe (Yaraşıqlıya). “Apraliya” necə gedir?
Erriko. Mən artıq yoxlamışam. Mənim qarajımdadı. Əgər
onun üçün yeddi yüz minə razısansa, lap yaxşı, razı deyilsənsə,
al, bu da açar... (Jiletinin cibindən maşının açarını çıxarır.) Get
götür.

217
   212   213   214   215   216   217   218   219   220   221   222