Page 213 - 2-ci cild
P. 213
Eduardo de Filippo

öyrənim. Amma mən pis ürəklə demədim. Mən lap səfehəm…
(Onu sözünü bitirməyə imkan verməyən bir dəli qəhqəhə tutur.)
Hərdən mən təkbaşına gülürəm… (Gözləri yaşaranacan gülür.)

Amaliya. Sən nəyə gülürsən?
Assunta. Oy, oy, lazım deyil, danışmayın, yoxsa lap pis ola-
caq… (Dayana bilmir. Sonra qəflətən sanki öz-özünə hirslənərək.)
İlahi, bu nədi, mənə nə olub?
Amaliya (əsəbi halda). Ay səfeh qız, mənə qulaq as, sən bu
gülüşünlə adamı lap…
Assunta (bir qədər sakitləşir). Nə etmək olar? Bu da mənim
zəif yerimdi. Qoyun bir az gülüm. (Özünü ələ alır.) Bax keçib
getdi. Mən sizdən soruşmaq istərdim… Xalama danışa bilmirəm,
çünki o, məndən də səfehdi… Amma siz elə bir qadınsız ki,
bütün dünya ayağınıza gəlir…
Amaliya (dilxor-dilxor). Di yaxşı, sözünü de, Assunta…
Assunta. Belə… Soruşmaq istərdim, mən qarımış qızam?
Amaliya. Mən hardan bilim?
Assunta. Mən min doqquz yüz qırx birinci ilin iyirmi dörd
martında Ernesto Santayedeyə ərə getdim. Amma bizim nikahımız
eləcə kağız üzərində qaldı. Çünki Ernesto ordudaydı, Şimali
Afrikada hərbi xidmət çəkirdi. (Amaliyanın donuna heyran
qalaraq.) Bu gün əyninizdə nə gözəl don var! Təzədi?
Amaliya (açıq-aşkar biganəliklə). Srağagün dərzi gətirib.
Assunta (yarıda kəsdiyi sözünə davam edərək). Biz evlənməyə
macal tapmamış o, əsgər getdi. Sonuncu dəfə isə biz bəylə gəlin
kimi görüşdük. Amma ər-arvad işini – elə bil kimsə bizi qarğımışdı –
hə, o işi görə bilmədik… (Söz axtarır.) Necə deyirlər? Hə də, o
işi… (Sözlərini əlini-əlinə vurmaqla müşayiət edir.) O, on beş
günlüyə məzuniyyət alıb gəlmişdi. Mən otaqda hər şeyi hazırla-
mışdım. Xalam bizi tək qoymaq üçün zirzəmiyə düşmüşdü.
Çünki biz, özünüz bilirsiz də… Bu vaxt elə bil bilərəkdən bom-
bardman başladı… Mən elə bəzənib-düzənmişdim… Özümü
odekolonlamışdım… (Həyəcan siqnalının səsini təqlid edərək.)
Pe-e-e… Və qaçdıq… Beləcə, məzuniyyətin on beş gününün on

213
   208   209   210   211   212   213   214   215   216   217   218