Page 205 - 2-ci cild
P. 205
Eduardo de Filippo

etməyəcəm. Bəli, meyiti narahat etmək günahdı, amma sənin
kimi bir diriyə əl qaldırmaq ondan da böyük günahdı! Mən səni
həbs etməyəcəm! (Pauza). Amma mənə həzz ver, balaca tərpən…
Mən hətta axtarış da aparmayacam…

Cennaro, çox güman, bu tərifləyici vədlərə inanmır.

(Davam edir.) Əgər tərpənsən, mən səni həbs etməyəcəm… Kişi
sözümdü!

Kişi sözü Cennaroya kifayət edərdi, amma o, başqa vəd də
gözləyir.

Axtarış da olmayacaq. Kişi sözümdü!
Cennaro (yola gəlir və hər halda, Çappaya xəbərdarlıq da
edir). Əgər həbs etsəniz, onda ən əclaf adamsınız!
çappa (səhv etmədiyinə və lap əvvəldən tapmacanın cavabını
bildiyinə görə özündənrazı halda verdiyi sözə əməl edir). Söz
verirəm, həbs etməyəcəm. Amma unutmayın ki, mən də axmaq
deyiləm!
Cennaro (çarpayıda əyləşərək özündənrazı halda). Briqadir,
elə mən də!
çappa (ürək genişliyi bildirən jestlə, ispansayağı təzim
edərək). Senyorlar, xudahafiz. (Çıxışa tərəf gedir.)
Hamı (özlərinə gələrək, böyük hörmətlə heç də “axmaq”
olmadığı üzə çıxan bu genişürəkli briqadirlə xudahafizləşir və
səmimi tərzdə ona heyranlıqlarını nümayiş etdirirlər). Tanrı
sizdən razı olsun!
Amaliya. Briqadir, həmişə qulluğunuzda hazıram… Bəlkə,
bir fincan qəhvə?
çappa. Yox, sağ olun, mən artıq içmiş kimi varam.

Bu arada Cennaro çarpayıdan düşüb sağollaşanlar
dəstəsinə qoşulur; o da hamı ilə birlikdə briqadiri dalana tərəf

olan çıxışa ötürür.

205
   200   201   202   203   204   205   206   207   208   209   210