Page 201 - 2-ci cild
P. 201
Eduardo de Filippo

yaxşı günümüzü istəməyən adamdı! (Qalxır və vəziyyəti artıq ələ
almış adam kimi ürəkdolusu jestlə bu kədərli mənzərəni Çappaya
göstərir.) Məgər siz bu ailənin nə dərd çəkdiyini görmürsüz?
Atalarını itirmiş bu iki uşağa yazığınız gəlmir? (Coşquyla,
ikrahla.) Əgər sizin onlara yazığınız gəlmirsə, əgər siz mənim
evimdəki bu dərdə şərik olmursuzsa, onda əmin olmaq üçün
mərhuma toxunun… Əlbəttə, əgər ürək eləyirsizsə! (Təxminən,
hədələyici tonla.) Əgər kilsənin qəzəbindən qorxmursuzsa, onda
bu küfr işi görün! (Çappanın artıq təsir altına düşərək addım
atmağa belə cürət etmədiyini görüb, indi o özü briqadiri çarpa-
yıya tərəf itələyir.) Yaxın gedin… di, gedin də…

çappa (səhnənin dramatizmindən, həmçinin Cennaronun bu
misilsiz dözümündən heyrətlənərək). Niyə yaxın getməliyəm?
Əgər, həqiqətən, ölübsə, toxunmaq nəyə lazım? Mən heç nə
bilmirəm!

Mariya Rozariya (ağlaya-ağlaya). O ölüb, briqadir… Atam
ölüb…

Adelaida (Çappanın artıq təxminən təslim olduğunu görərək,
kəskin tərzdə davam edir).

Uca Tanrı, Uca Tanrı, ax,
Onu öz səltənətinə burax…

Çappa yenidən üz-gözünü turşutmuş vəziyyətdə onu
müşahidə edir, sonra qalxıb “meyiti” göstərən Errikoya baxır.

Erriko. Necə insan adam idi…
çappa. Əşşi, lənət şeytana, bunlar lap başımı xarab elədilər!
(Onu məsxərəyə qoyduqları fikriylə razılaşmayıb, bu oyuna
qoşulmaqla olanlarla mübarizə aparmağa qərar verir.) Di yaxşı,
əgər deyirsizsə, ölüb, sizə inanıram. Məni elə inandırdız ki,
sizləri hətta az da olsa, ovundurmaq istədim. Mən bu hüzr
məclisində sizinlə birlikdə olacam, yalnız meyit evdən çıxanda
gedəcəm! (Hədələyici tərzdə stulu götürür və səhnənin ortasındakı
stolun yanında oturur.)

201
   196   197   198   199   200   201   202   203   204   205   206