Page 175 - 2-ci cild
P. 175
Eduardo de Filippo

Yalnız təmiz yundan olan uzunboğaz corabları şöhrətpərəstlik
hissinin ona da yabançı olmadığına dəlalət edə bilər. Onun diri,

iti gözləri var – hər şeyi sezir və görür. O hətta ümumi qəbul
olunmuş davranış normalarını pozmalı olarkən belə, öz

hərəkətlərinə görə özünə hesabat verir. O, xəsis qadındı və işə
aid olan məsələlərdə güzəştə getmir. Öz narazılığını hansısa
şirin sözlərlə gizləyə bilir. Amma bununla belə, istehza dolu
baxışlarla məsələyə öz münasibətini də göstərir. Hal-hazırda o,

coşub hiddətlənmiş vəziyyətdədi.

Amaliya. Onu harda itirsəydin, mənim evimdə tapardın…
Mən ona nələr verməmişəm! (Nümayişkaranə sarkazmla verdiklərini
sadalayır.) Gah təzə yumurta… gah qaynanmış ət tikəsi… gah
bir qab makaron… Hamı bilir ki, indi ən ucuz yeməyin qiyməti
neçəyədi. (Əsəbi halda, öz mərhəmətinə görə peşman olaraq.)
Onun qızı üçün metrə yarım mahud… (Mariya Rozariyaya)
Çöküntü qaynadı, ya yox?

Mariya Rozariyanın qapının arxasından gələn səsi: “İndicə
qaynadı!”

Ala, qəhvəni götür… (Canını ondan qurtarmaq üçün qətiyyətli
tonla donna Peppenellaya). Donna Peppenella, səbriniz olsun!

Peppenella (kasıb geyimli, yaşlı qadın. Ona xoş gəlmək üçün
itaətli səslə). Narahat olmayın, narahat olmayın. (Yerindən
tərpənmir).

Amaliya (ikiyerlik çarpayının döşəyini qaldırır, iplə bağlanmış
torbanı Peppenellaya verir). Bax burada dünən istədiyiniz kimi,
yarım kilo un var… Qırx lir verəcəksiz.

Peppenella (gözlərini bərəldib). Kilosu səksən lir? On lir də
bahalaşdı?

Amaliya. Götürürsüz götürün, götürmürsüz xoş gəldiz…
Əgər o “adam” gəlsə… sizin üçün bir az da təşkil edərəm… Mən
axı sizə görə özümü xataya salıram… Onsuz da bundan bir şey
qazanmıram, belə işlər məni maraqlandırmır…

175
   170   171   172   173   174   175   176   177   178   179   180