Page 171 - 2-ci cild
P. 171
Eduardo de Filippo

Amedeo. Bütün bu haqq-hesab keçən həftə olanlara görədi?
Mariya Rozariya (donna Viçençanı nəzərdə tutaraq). O,
həyasızın, yalançının, araqarışdıranın biridi… Hər dəfə bizə
gələndə ana onu qəhvəyə qonaq eləyir, hələ üstəlik, hərdən o
meymunsifət qızı üçün də əlinə keçəndən verir – nə bilim, köhnə
paltardan, təzə yumurtadan-zaddan… Nə deyim, bizim anamız
hərdən adamın lap içini görür, hərdən də elə bil gözləri kordu…
Donna Viçença bizə qəhvə satan o adamla tanış oldu, sonra da
onu özünə işlətməyə başladı… İndi bizim düz yanımızda özünə
qəhvəxana açması bir yana, üstəlik, bir fincan qəhvəni lirə yarıma
satır. Yarım lirə bizdən ucuz.
Cennaro (hücrədən). “Qran Kafe İtaliya” və “Qambrinye”
arasında olan rəqabət!
Mariya Rozariya (ona fikir vermədən). Hamıya da deyir ki,
bizim qəhvə saxtadı!
Cennaro (elə oradanca). Dayan… “bizim” yox, sizin. Sənin
ananın… Mən buna imkan verməzdim… Bu iş xatalı işdi: polislər,
karabinyerlər, faşistlər…
Mariya Rozariya. Əlbəttə… sizə qulaq assaydıq, çoxdan
acından ölmüşdük!
Cennaro. Yaxşı olardı, deyəsən, vicdanla yaşayardıq…
Mariya Rozariya. Nədi, bəyəm qəhvə satmaq vicdansızlıqdı?
Amedeo. Biz olmasaq da, yüzlərlə insan bu işlə məşğul ola-
caq… Elə həmin o Viçençanı götürək, o da qəhvə işinə girişdi.
Cennaro. Keçən həftə Ponte di Molada bir senyor dördüncü
mərtəbədən özünü yerə atdı…
Amedeo. Bunun söhbətə nə dəxli?
Cennaro. Sən niyə özünü atmayasаn?
Amedeo. Ata, siz bəzi şeyləri başa düşmürsüz… Siz başqa
dövrün adamısız. (Mariya Rozariya qardaşına işarəylə sanki
deyir: “Ataya fikir vermə”). Amma hər halda, ata düz deyir!

Cennaro. Düz deyirəmmi, hə? Bacın sənə işarə elədi ki,
“ona qulaq asma…” Çünki mən zəhlətökənin biriyəm, qandığım

171
   166   167   168   169   170   171   172   173   174   175   176