Page 161 - 2-ci cild
P. 161
Arman Salakru

Jozef. Mən küredən xahiş etdim ki, bu barədə mənə kilsə
zəngləri vasitəsiylə dərhal xəbər versin.

Baba. Amma Ortans aləmi qatıb-qarışdırıb.
Jozef. Müsyö bilir ki, mən öz işimə necə həssas yanaşıram.
Knyaginya. Baş ittihamçı ölüb? Onda, deməli, hər şey qayda-
sındadır, baba xilas olundu?
Ortans. Ən son anda xilas olundu.
Viktor. Heç də elə deyil.
Adolf. Çıxış yolu yoxdur və ola da bilməz.
Baba. Bütün bu haqq-hesabda kimsə bir nəfər ölməliydi və
artıq hər şey qaydasındadır. Çox sağ ol, Jozef.
Adolf. Amma əgər Delaqall ata ölübsə belə, hər halda, sizin
həbsiniz üçün verilmiş order ləğv olunmayıb. Cinayət törədilib.
Bu gecə biz bu imkanı da müzakirə etdik. Təəssüf ki, vəziyyətdən
yeganə çıxış yolu sizin ölməyinizdir, bəli, sizin...
Baba. Sizdən xahiş edirəm, heç olmasa mənim xətrimə hər
şeyi təzədən başlamayın. Tanrıya kiminsə ölməyi lazım idi. O,
məni ala bilmədi. Adolfu da. Ona çatan Delaqall ata oldu. Artıq
hər şey bitdi. Jozef, mənim həsir şlyapamı gətirin.
Jozef. Müsyö Adolf, icazənizlə deyim ki, müsyö Pol-Alber
Lenuarın həbsi barədə order və həmçinin polisin bütün sənədləri
mənim cibimdədir. O oyananda bu avaradan evinizdə nə etdiyini
soruşmağa və onu həbs etmək üçün jandarm çağırmağa sizin tam
haqqınız var.
Baba. Jozef, siz dahisiniz.
Viktor. Bu lap səfehlikdir, onlar iki başqa polis göndərəcəklər.
Jozef. Bu, müəyyən vaxt aparacaq. Bu gün günortaya isə siz
müstəntiqə çox vacib bir sənəd təqdim edə bilərsiniz.
Adolf (Jozefə). Hər şeyi açıb deyin!
Jozef (babaya). Mən madmazel Lilianın o zərif məhəbbətini
qazana bilmişəm. Müsyödən üzr istəyirəm...
Baba. Məni də xəbərdar edə bilərdiniz, amma sizi bağışlayıram.

161
   156   157   158   159   160   161   162   163   164   165   166