Page 151 - 2-ci cild
P. 151
Arman Salakru

Baba. Hə? Amma mən tərəddüd eləyirəm.
Ortans. Sizə baxanda hər şey çox adi görünür. Amma
ölümdən elə dəhşətli şeylər danışırlar ki.
Baba. Ümumi götürsək, birdəqiqəlik işdir və əlvida! Pif-paf
və sən artıq göylərdəsən.
Ortans. Sizin bu görkəminiz mənə də ürək-dirək verir. Qoy
bundan sonra nə olur-olsun. Amma siz özünüzü tox aparırsınız.
Məsələ düz bir saatdır həll olunub, amma siz hələ də buradasınız.
Baba. Siz ki bilirsiniz, mən ev adamıyam.
Ortans. Hə, bilirəm. Və bu gün hər dəfə sizin kresloya ba-
xanda...
Baba. Necə də yumşaq kreslodur!
Ortans. Onu özünüzlə apara bilməzsiniz?
Baba. İcazə yoxdur.
Ortans. Sizin vərdişləriniz...
Baba. Vərdişləri isə özünlə aparırsan. Elə faciə də bundadır.
O, nə yaxşı, qızardılmış beyin, suxarıyla! Mən hələ də bu yeməyi
əvvəlki kimi xoşlayıram.
Ortans. Heç nə olmaz, müsyö Lenuar, mən sizin yerinizə
onu yeyərəm, necə ki, Lüsenin yerinə...
Baba. Siz çox nəcib insansınız.
Ortans. Mən sizin dərdinizi necə də azaltmaq istərdim.
Baba. Siz məni ötürməyə razılıq verərdinizmi?
Ortans. Müsyö Lenuar, vaxtı çatanda mən də sizə qoşulacağam.
Baba. Elə yox, dərhal?
Ortans. Dərhal? Dərhal? Qoy Lüsen məni bağışlasın, amma
bir az burada qalmaq niyyətindəyəm. Deyin görüm, mən ora...
gələndə – o qarşılayanlar kimlərdirsə – mənə qrafinya deyəcəklər?
Əlbəttə, mən sizinlə dərhal yola düşə bilərdim, amma tərəddüd
eləyirəm. Qəribədir, eləmi? Yox, mən tərəddüd eləyirəm. Mən
sizin üçün dualar edəcəyəm.
Baba. Bu vəziyyətimdə özüm üçün dua sifariş etmək pulu
çölə atmaq kimi bir şeydir.
Ortans. Ola bilməz.
Baba. Sizi əmin edirəm.

151
   146   147   148   149   150   151   152   153   154   155   156