Page 143 - 2-ci cild
P. 143
Arman Salakru

Mari-Blanş. Siz yırtıcısınız!
Baba. Jozef, polisi! Mənim polisimi bura verin! (Gedir.)
Knyaz (Mari-Blanşa). Siz deyirdiniz ki, bu ailəni yalnız
vərdişlər birləşdirir, amma gör bu birlik necə möhkəm imiş.

Vikont daxil olur.

Vikont (Mari-Blanşa). Mən hər yerdə sizi izləyəcəyəm.
Mari-Blanş. Şarl Oqüst, məni rahat buraxın. Mən tək qalıb,
ağlamaq istəyirəm. (Çıxır.)
Vikont. Hətta əgər o, aradan çıxmaq istəsə belə, çox da
uzağa gedə bilməyəcək. Mən bütün maşınların təkərini deşmişəm.
Knyaz. Mənim maşınımın da sənin qəzəbinə gəlmədiyinə
ümid edimmi?
Vikont. Hamısının. Belə daha düzdür. (Gedir.)
Knyaginya. Bobo, daha bunun heç bir isti-soyuğu yoxdur.
Biz qalırıq. Adolfun dəfni çox böyük maraq vəd edir.

Viktor daxil olur.

Viktor. Özüm də bilmirəm nə edim. Adolfu gəzə-gəzə qal-
mışam, elə bil qeybə çəkilib.

Knyaginya. Zavallı Viktor.
Viktor. Mən onunla həkimlərdən hansını çağırmağımız barədə
məsləhətləşmək istəyirdim. Vaxt gözləmir.
Knyaginya. Zavallı Viktor!
Viktor. Mən onun vəziyyətini başa düşürəm, tək qalmaq
istəyir. Amma hamımız çalışıb gərək bunun fəsadlarını aradan
qaldıraq. O da bir söz demədən qeyb olub. Otaqda yoxdur, mən
daha heç nə bilmirəm.
Knyaz. Siz nəyi bilmək istərdiniz ki?
Viktor. Ən azı, o... onu hara aparıb... necə deyim axı... Mən
heç meyitin özünü də tapa bilmirəm...
Knyaz. Atanızın meyitini deyirsiniz? O, elə indicə buradaydı.

143
   138   139   140   141   142   143   144   145   146   147   148