Page 137 - 2-ci cild
P. 137
Arman Salakru

ölümü heç bir qalmaqal yaratmır, amma öz ölümümüz əsl
qalmaqaldır. Başqasının ölümü barədə, olsa-olsa, danışırsan. Heç
bu da vacib deyil.

Mari-Blanş. Əgər baba özünə qəsd edibsə belə, mən yenə
onun ölümündə atanı günahlandırıram. Çünki o, babanın ölməyini
istəyirdi.

Knyaz. Belə götürəndə siz haqlısınız. Müəyyən mənada
hamı hamıya görə məsuliyyət daşıyır. Hətta ana uşağı doğarkən
onun ölümündə günahkardır. Çünki o, bu sonluğun qaçılmaz
olduğunu bilir. Və o uşağın ahıl yaşlarınacan ömür sürüb sonda
belə deməyə haqqı var: “Məni gözləyən ölümə görə anamı
ittiham edirəm. Əgər o, məni dünya işığına çıxarmasaydı, ölümün
dəhşətlərini də yaşamazdım”.

Mari-Blanş. Bilirsiniz, sizin bu fəlsəfəniz məni riyaziyyata
sürükləyir. Hər halda, iki və iki – dörd, dörd və dörd – səkkiz,
səkkiz və səkkiz... (Gedir.)

Vikont. Mən nə etməliyəm?
Knyaz. Ardınca düşüb ona izah etməlisən ki, bu cür nə qədər
istəsə uzada bilər. Səkkiz və səkkiz – on altı, sonra otuz iki
olacaq, altmış dörd, yüz iyirmi səkkiz və ilaxır. Rəqəmlərin sonu
yoxdur. Ola bilsin, elə buna görə də rəqəmlər harasa gətirib
çıxarmır.
Vikont. İlahi! Amma biz Ortans xalayla elə bilirdik, hər şey
yoluna düşüb. (Çıxır.)
Knyaz. Lolott, getdik!
Knyaginya. Adolfu gözləməyək?
Knyaz. Biz ki onun nə deyəcəyini və necə deyəcəyini onsuz
da bilirik.
Knyaginya. Siz təzədən adətiniz üzrə hər şeyə biganələşirsiniz.
Mənə elə gəlir ki, bu mənzərə dolu macəra... Nəyin fikrinə
dalmısınız?
Knyaz. Ola bilsin, min ildən sonra Lenuarın kəlləsini tapacaq
həmin o alimi fikirləşirəm. O, kəlləyə baxıb bu adamın necə
yaşadığını və necə öldüyünü özü üçün təsəvvür edəndə...

137
   132   133   134   135   136   137   138   139   140   141   142