Page 513 - 2-ci cild
P. 513
Aleksandr Mardan
Sahib. Ala! Dəli…
Telefonu ona uzadır və dönüb siqaret yandırır. Qadın nömrəni
yığıb qulaq asır.
Sahib (dönür). Hə, nə oldu?
qadın. Cavab vermir.
Sahib. Rahatladın?
qadın. Heç nə olmaz, sabah zəng eləyərəm. Rahatlamağım
üçünsə həmin yol polislərinin yanına getməliyik.
Sahib. Bircə bu çatmırdı! Onlar, yəqin, növbəni dəyişiblər.
qadın. Yalan həmişə sənin dilindədi! Növbəni altıda yox,
səkkizdə dəyişirlər.
Sahib. Sən hamı haqqında hər şeyi bilirsən! Mən sənin
yazışmalarını oxuyanda hiddətlənirsən, amma özün mənim
telefonumun içində eşələnirsən. Yeri gəlmişkən, başqalarının
SMS-lərini oxumağı da sənə anan öyrədib?
qadın. Sən bütün gecəni itib-batmısan! Elə bu vaxt sənin
telefonuna ismarıc gəlir. Mən onu necə oxumaya bilərdim?
Çatdasa mən qadınlarla yazışıram! Kişilərlə yox, qadınlarla.
Sahib. Hardan bilirsən, bəlkə, elə o SMS-i də mənə kişi
göndərib.
qadın. Kişi sənə “canım” deyir?
Sahib. Niyə axı mənə? Nömrəni səhv salıb. Yeri gəlmişkən,
belə “canım”ların sayı bizdə iyirmi faizdi. Onlar da bu bayramı
qeyd edirlər. Əşi, özləri bilər… Yaxşısı budu, de görüm, sən
penyuarda olan şəklini sinif qızları üçün asırsan? Sənə beş plyus
qiymət verən onlardı?
qadın. Təsəvvür eləyirsən!
Sahib. Sizin o “odnoklassniklərinin” yarısı psixdi, elə sənin
özün kimi.
qadın. Səninsə yanağından qan damır.
Sahib. Yanaqdan qan dammaq qorxulu bir şey deyil. Acından
şişmək pis şeydi.
qadın. Rədd ol görüm.
513