Page 515 - 2-ci cild
P. 515
Aleksandr Mardan
Sahib. Mən gizlətmişdim deyə götürə bilməyib… Qulluqçuyla
sabah danışaram… Bəlkə, elə o, təşkil eləyib. Belə… Burda heç
nəyə əl vurma, indi uşaqlar gəlib əl izlərini götürərlər. O, hansı
stəkandan içib?
qadın. O, heç nə içməyib.
Sahib. Bəs qəhvə?
qadın. O, heç nə içməyib və heç nə yeməyib.
Sahib. Amma əli nəyəsə dəyib də?
qadın. İşıq sönəndə mən pərdəyə toxundum. Karniz yerə
düşdü. O da onu yerinə saldı.
Sahib. Yaxşı. Karnizdəki əl izlərini götürərlər.
qadın (yadına salaraq). Götürə bilməyəcəklər… Ora tozluydu.
O, həmin tozu əsgiylə sildi.
Sahib. Özü sildi? Aydındı. Səndə onun telefon nömrəsi var?
qadın. Onun telefonu yox idi.
Sahib. Nə?
qadın. Dedi ki, telefonum yoxdu.
Sahib. Yəqin, sənə nömrəsini vermək istəməyib. Ya da ən
pisi odur ki…
qadın. Nə “ən pisi”?
Sahib. Bilirsənmi, bu gün mobil telefondan kimlər istifadə
etmir? Adının qeydiyyata düşməsini istəməyənlər. Çünki telefon
inəyin boynunda olan zınqırov kimi bir şeydi. Sənin harda
olduğunu tam dəqiqliyi ilə müəyyənləşdirir. Hətta kartını dəyişsən
belə. Yaxşı… O, hara getdi?
qadın. Aeroporta. Dedi ki, təyyarəni xoşlamır, amma başqa
cür gecikəcək…
Sahib. Təyyarəni xoşlamır?.. Maraqlıdı.
qadın. Klaustrofobiya.
Sahib. Demək, telefonu yoxdu, hələ, üstəlik, uçmaqdan da…
qadın. Burda nə var ki?
Sahib. Təyyarədə uçan adam da ardınca iz buraxır. Özü də
göydə yox, yerdə. Kompüterdə… Sənin sinif yoldaşınsa iz
buraxmağı xoşlamır… Qapalı məkandan qorxur. O, türmədən
qorxur! Rəfiqənə zəng elə, onu bura yollayan rəfiqənə.
qadın. Hələ tezdəndi.
515