Page 517 - 2-ci cild
P. 517
Aleksandr Mardan
qadın. (boğula-boğula çığırır). Bilirəm, o özüydü! Yadımdadı.
Hər şey, hər şey yadımdadı! (Pauza.)
Sahib. Üç nəfərdən bəhs edən qəribə triller… Bəlkə də, üç
yox, iki nəfərdən… Bəlkə, o, ümumiyyətlə, olmayıb, sadəcə
yuxu görmüsən?
qadın. Yox, olub.
Sahib. Deyirsən olub, amma heç bir iz yoxdu. Cansız ruh!
Müqəddəs Valentin. Sən onunla danışanda səsi gəlirdi?
qadın. Əlbəttə.
Sahib. Əgər sən Tanrıyla danışırsansa, bu, duadı, yox, əgər
Tanrı səninlə danışırsa, artıq şizofreniyadı.
qadın. Məni dəli yerinə qoymaq sənə ləzzət eləyir? Mən
dəli-zad deyiləm. Ağlım da yerindədi. (Fikrə gedir.) O axı mənə
çiçək gətirmişdi!
Sahib. Nə çiçək?
qadın. Qarçiçəyi! Sənin tapa bilmədiyin qarçiçəyi. (Yataq
otağına keçir, dərhal da boş güldanla qayıdır.) Çiçəkləri hara
qoymusan?
Sahib. Mən çiçək-zad görməmişəm.
qadın. Yalan deyirsən! Sən onları tullamısan! Zanbaqlarının
qisasını almaq üçün?
Sahib. Saşa, sən yuxu görürsən? Mənim heç bir çiçəyə-
filana əlim dəyməyib.
qadın. Onlar burdaydı! Sən onları tullamısan! Çünki sən
adam deyilsən!
Sahib. Mənim əlimə çiçək-zad dəyməyib. Çünki elə bir şey
olmayıb. Heç o adam da olmayıb.
qadın. Olmayıb? Olmayıb… (Pauza.) Onun köynəyinin
düyməsi qırılmışdı. Mən onu tikəndə iynə əlimə batdı. Bax!
(Əlini uzadır. Sahib onun əlini-əlinə alıb baxır.)
Sahib. Hanı?
qadın. Budu da!
Sahib. Burda heç nə yoxdu.
qadın. Bir şey görünmür? İynə nazik idi… Amma mən axı
barmağımın ağrısını hiss eləyirəm!
517