Page 511 - 2-ci cild
P. 511
Aleksandr Mardan
Sahib. Demək, belə, heç nəyə toxunma. Gərək əl izlərini
götürək.
qadın. Niyə?
Sahib. Adam ünvanı bilmədən gəlib evi tapır. Gecənin bir
aləmində peyda olur. Özü də hamını buraxdığımız bir vaxtda!
Sənə çatmır?! O, evə göz qoyub!
qadın. Niyə?
Sahib. Qarət üçün, qətl üçün…
qadın. Kimi?
Sahib. Bəlkə, elə məni ona sifariş ediblər? Elə günü bu gün
uşaqları çağıracağam aydınlaşdırsınlar. Bura nəsə bir partlayıcı,
yaxud səsyazan qurğu da qoya bilər. O, harda dayanmışdı?
qadın. Biz burda oturmuşduq. Sonra işıq söndü, amma gene-
rator işə düşmədi. O, generatora baxmaq üçün zirzəmiyə düşdü.
Sahib. Bəs sonra?
qadın. Qayıdıb dedi ki, solyarka qurtarıb.
Sahib. Qonşuların işığı yanırdı?
qadın. Hə.
Sahib. Hər şey aydındı. Demək, onun cani yoldaşı bilərəkdən
cərəyanı kəsib ki, o, qaranlıqda evi rahat gəzə bilsin. Demək,
qonaq otağı, dəhliz, zirzəmi… Başqa harda olub?
qadın. Qapıları səhv salıb yataq otağına da keçdi.
Sahib. Yataq otağına… Qaranlıqda. Bəs ağlına gəlmədi ki,
stolun üstə nəyin var? Qutu… Onun da içində beşkaratlıq brilyant
sırğalar, zümrüd üzük, boyunbağı… Nə qədər istəyirsən, götür…
(Qışqırır.) Ağlına gəlmədi?! (Qadın əlləriylə üzünü tutur.) Yaxşı,
qurtardıq! Sakitləş! Ağlama! Qır-qızıl seyfdədi. Hamını evə bu-
raxanda gizlətdim. Hər ehtimala qarşı.
qadın. Niyə indi deyirsən?
Sahib. Sənə çatsın ki, evə kim gəldi buraxmaq olmaz! (Yataq
otağına keçir. Qadın çantasından dəsmal və güzgü çıxarıb
gözlərini silir. Sahib əlində su dərmanı qayıdıb gəlir.) Al, iç.
Mən zirzəmiyə düşüb generatora baxım. Seyfi də yoxlayaram.
(Çıxır. Qadın stəkana su tökür və üstünə dərman damcıladıb içir.
Sahib qayıdıb gəlir.) Hə, solyarka yoxdu. Bəlkə, qurtarıb. Bəlkə
511